Başın ümumi vəziyyəti:
1. Neytral vəziyyət
2. Yüngül antaqonist vəziyyət
3. Yüksək antaqonist vəziyyət
4. Rahat vəziyyət
5. Tabeolma vəziyyəti
6. Təhlükə vəziyyətindən əvvəl xəbərdarlıq
Quyruğun ümumi vəziyyəti:
1. Otlama və ya gəzmə
2. Xəstələnmə və ya hürkmüş
3. Hədələmə, maraq və ya cinsi həvəs
4. Nizamsız hərəkət
5. Təpikləmə və ya oynama
Heyvanlarla davranan zaman onun hərəkətləri üzrə “Təhlükəsizlik zonası” istiqaməti və məsafə nəzərə alınmalıdır. “Təhlükəsizlik zonası” mal-qaranın hərəkətə başlamasından əvvəl işçinin mal-qaraya nə dərəcədə yaxınlaşa biləcəyini əks etdirən termindir. Təhlükəsizlik zonası 5 metr və ya müntəzəm nəzarətdə olan südlük istiqamətli mal-qara üçün isə daha az məsafə nəzərdə tutur. Qeyri-müntəzəm nəzarətdə olan ətlik istiqamətli mal-qara sürüsü ilə sizin aranızda 100 metrdən artıq məsafə olduqda onlar hərəkətə keçməyə başlayacaqlar. Mal-qaranın təhlükəsizlik zonasına daxil olduqda onlar hərəkətə keçir. Siz heyvanlara yaxınlaşdıqca onlar hərəkətlərini daha da sürətləndirir. Sizin mal-qaraya nə dərəcədə yaxın olmağınız onların hərəkət sürətini tənzimləyir, ona görə də onların hərəkət etməsinin qarşısını almaq üçün onların təhlükəsizlik zonasını tərk edin.