Bu göstəricilər əsasında süddən gələn gəliri hesablamaq olar. Belə ki,
Süddən gələn gəlir = Cəmi süd istehsalı miqdarı (litr/il) x orta satış
qiyməti (AzN/litr)
Məsələn, əgər il ərzində cəmi süd istehsalı 5000 litr olubsa, 0.55 AzN/litr orta qiyməti ilə hesabladıqda süddən gələr illik gəlir 2750 AzN olacaqdır.
Buzovdan əldə edilən gəlir
Buzov südlük maldarlıqda yanaşı əldə edilən əsas məhsullardandır və laktasiya müddətinin uzunluğundan asılı olaraq dəyişir. Laktasiya müddəti uzandıqca əldə edilən buzov sayı da azalır. Məsələn, 50 başlıq südlük maldarlıq təsərrüfatda sürü üzrə laktasiya müddəti 450 günə bərabərdirsə, bu halda il ərzində təsərrüfatda 40 bala alınmış olacaq. Əgər eyni ölçülü digər təsərrüfatda laktasiya müddəti 395 günə bərabərdirsə, bu təsərrüfatda il ərzində 46 bala alınmış olacaq.
İl ərzində buzovdan qazanılan gəliri hesablamaq üçün əldə edilən buzov sayı və buzovun orta qiymətini götürmək lazımdır. İl ərzində əldə edilən buzov sayına aşağıdakılar təsir göstərir:
• İl ərzində doğulan buzov sayı
• Buzov itkiləri (satış qabiliyyəti yaşına gələnə qədər)
İl ərzində gəlir üçün hesablanacaq buzov miqdarı aşağıdakı qaydada hesablanır. Məsələn, əgər buzov itkiləri 8%-ə və balalararası dövr 400 günə bərabərdirsə, bu zaman gəlir əldə edilən buzov miqdarı aşağıdakı kimi hesablanacaq.
365 gün / 400 gün laktasiya müddəti
= 0.915 doğulan buzov sayı
- 0.073 itki (8%)
= 0.842 buzov
Məsələn, əgər təsərrüfatda il ərzində 50 buzov doğulursa, 8 % itki həcmində 46 buzov sağlam qalmış olur. Gəlir hesablananda bu rəqəm əsas götürülür.
Buzovdan gəlir = il ərzində doğulan buzovların sayı (itki çıxılmış) x
buzovun qiyməti
Buzovların qiyməti erkək və dişi buzovlar üçün fərqli ola bilər. Bu zaman onların orta qiyməti götürülür.