Bəzi minerallar heyvan orqanizmində toplana bilsə də (məsələn, kalsium sümükdə, dəmir böyrəkdə və s.), suda həll olan minerallar (natrium, kalium) orqanizmdə toplana bilmir və daim kənardan qəbul edilməlidir. Orqanizmdə mineralların çatışmazlığı və ya artıqlığı yekunda özünü müxtəlif simptomlar ilə göstərir və orqanizmin inkişafına və məhsuldarlığa mənfi təsir göstərir.
Mineralların çatışmazlığı simptomları |
Cavan heyvanlar | Böyük heyvanlar | ||||||||||
Fe | Cu | Co | I | Mn | Zn | Fe | Cu | C o |
I | M n |
Z n |
|
İnkişafın zəifləməsi | x | x | x | x | x | x | ||||||
Çəki artımının azalması | x | x | x | x | ||||||||
Süd məhsuldarlığının azalması |
x | x | x | |||||||||
İştahanın azalması | x | x | x | x | x | x | x | x | ||||
Qanazlığı | x | x | x | x | x | |||||||
Axsaqlıq | x | x | x | x | x | x | ||||||
İshal | x | x | x | |||||||||
Tükün rənginin itirilməsi | x | x | ||||||||||
Tükün qırılması | x | x | x | x | x | x | x | |||||
Tükün tökülməsi | x | x | x | |||||||||
Dırnağın düzgün inkişaf etməməsi |
x | x | ||||||||||
Ürək fəaliyyəti problemləri |
x | x |
2.2 Müxtəlif yem bitkiləri və onların qiymətləndirilməsi
Südlük maldarlıqda istifadə edilən yemlər hazırlanma texnologiyası və saxlama üsullarına görə aşağıdakı kimi təsnifləşdirilir: qaba yemlər, şirəli yemlər, qüvvəli yemlər.
Həmçinin yemləri təsərrüfatda istehsal edilən və kənardan satın alınan yemlər kimi də 2 qrupa bölmək olar.
2.2.1 Qaba yemlər
Qaba yemlər k/t heyvanlarının qışlama dövrü rasionlarının əsas tərkib hissəsidir. Qışlama dövründə heyvanların zülal ehtiyacının təxminən yarısı qaba yemlərin hesabına təmin olunur.