Həcmli yem olmaqla otyeyən heyvanların həzm sisteminin normal şəkildə fəaliyyət göstərməsinə münbit şərait yaradır.
Qaba yemlər yem bitkilərinin vegetativ hissələrindən ibarət olmaqla yüksək lif tərkibinə malik olurlar. Qaba yemlər heyvanlarda aşağıdakı proseslər üçün mühüm əhəmiyyətə malikdir:
• Çeynəmə və ağız suyu ifrazını stimullaşdırır;
• İşkəmbədə həzm prosesinə kömək olur və işkəmbədə mikroorqanizmin inkişafına dəstək olur:
• Südün yağlılığının tənzimlənməsinə köməklik göstərir. Rasionda qüvvəli yem payı yüksək olduqda südün yağlılığı aşağı olur. Qaba yemlər südün yağlılığının artmasına kömək edir.
Qaba yemlər, əsasən, təsərrüfatların özləri tərəfindən istehsal edilir və ucuz yem növü hesab edilir. Qaba yemlər yem dəyərinə görə zəngin qidalı yemdən (paxlalı bitki və ya yonca) aşağı qidalı yemlərə (saman və s.) qədər fərqlənir. Qaba yemlərin tərkibi ilə bağlı aşağıdakı xarakterik əlamətləri göstərmək olar.
Həcmi | Tutduqları həcm olaraq qaba yemlər həcmlidir və yem rasionuna daxil edilərkən onların işkəmbədə tutacağı həcm nəzərə alınmalıdır. Məhdud heyvan qrupunda qaba yem miqdarı hesablanarkən bu, nəzərə alınmalıdır. |
Yüksək sellüloza və aşağı enerji dəyəri |
Qaba yemlər, əsasən, yüksək sellüloza tərkibinə malik olur. Bu miqdar əksər qaba yemlərdə 30%-dən yuxarı olur. Sellüloza miqdarı yüksək olduqca enerji dəyəri aşağı olur. |
Protein tərkibi | Protein tərkibi yemin növündən və biçilmə dövründən asılı olaraq dəyişir. Paxlalı bitkilərdə protein tərkibi 15-23% arasında dəyişirsə, samanda bu 3-4% səviyyəsindədir. |
Minerallar | Əksər qaba yemlər kalsium, kalium və mikroelementlər ilə zəngin olur. Fosfor isə, əsasən, az olur. |
Vitaminlər | Qaba yemlər, əsasən, yağda həll olan vitaminlərlə zəngin olur. Həmçinin paxlalı bitkilər B vitamini ilə zəngin yemlərdir. |
Azərbaycanda yemləmədə geniş tətbiq edilən qaba yemlərə aiddir: quru ot, saman, senaj.
Quru ot çoxillik (yonca, qorunca) və birillik bitkilərin (vika, qatışıq dağ otları və s.) biçilərək qurudulması vasitəsilə həm təbii, həm də mədəni əkin sahələrindən tədarük olunur.