Yemdə qida maddələrinə olan tələbat hesablanarkən gündəlik qida maddələri qəbulunun 2 məqsəd üçün qida maddəsi qəbulu ehtiyacı nəzərə alınmalıdır:
Orqanizmin saxlayıcı qida maddələri ehtiyacı
Orqanizmin saxlayıcı qida maddələri ehtiyacı orqanizmin gündəlik həyat təminatını təmin etmək üçün tələb olunan enerji, protein və qida maddələri ehtiyacını özündə əks etdirir. Bu enerji orqanizmin gündəlik fəaliyyəti üçün tələb olunan enerji miqdarıdır. Enerji ehtiyacını hesablamaq üçün metobolik çəki anlayışından ( = diri çəki ^ 0,75) istifadə edilir. Məsələn, 650 kq diri çəkisi olan inəydə 128.7 kq-a (=650^ 0,75) bərabərdir. Orqanizmin saxlayıcı qida maddələri ehtiyacı metobolik çəki üzrə aşağıdakı formula əsasən hesablanır.
Enerji ehtiyacı = hər kq metobolik çəki üçün 0.293 MJ NEL
Protein ehtiyacı = hər kq metobolik çəki üçün 3.9 qr
Bu hesabla diri çəkisi 650 kq, metobolik çəkisi 128.7 kq olan inəyin orqanizmin saxlayıcı ehtiyacı enerji və protein üzrə aşağıdakı kimi olacaqdır.
Enerji ehtiyacı = 128.7 kq x 0.293 MJ = 37.72 MJ /gün x 365 gün = 13 767
MJ NEL/il
Protein ehtiyacı = 128.7 kq x 3.8 qr = 502.1 qr/gün x 365 gün = 183 kq / il
Yem rasionunda süd məhsuldarlığı nəzərə alınmadan yuxarıdakı miqdarda qida maddələri ilə təminat olmalıdır ki, inək gündəlik həyat fəaliyyətini bərpa edə bilsin.
Məhsuldarlıq üçün qida maddələri ehtiyacı
Məhsuldarlıq üçün qida maddələri ehtiyacı hədəflənən süd məhsuldarlığına nail olmaq üçün yem rasionunda təmin olunmalı qida maddələri tələbatını əks etdirir və hesablanarkən aşağıdakı faktorlar nəzərə alınır.
Məhsuldarlıq üçün qida maddələri ehtiyacı hesablanarkən aşağıdakı formul tətbiq edilir