Qruplar | Ca (qr/gün) |
P (qr/gün) |
Mg (qr/gün) |
Na (qr/gün) |
Boğaz heyvan | 27 | 23 | 10.1 | 8.8 |
Süd məhsuldarlığı, gündəlik |
||||
10 litr | 49 | 31 | 14.4 | 13.9 |
20 litr | 82 | 51 | 19.2 | 19.9 |
30 litr | 114 | 71 | 24 | 25.9 |
2.3.2 Məhsuldarlıq səviyyəsinə uyğun yem rasionunun tutulması
Yem raskonları təsərrüfatda mövcud yemlərin qida dəyərliliyi nəzərə alınmaqla quru maddə tərkibinə əsasən hesablanır. Yem rasionu hazırlanarkən aşağıdakılar mütləq nəzərə alınmalıdır:
Praktikada hər bir heyvan üçün rasion hesablanması və hazırlanması mümkün deyil. Bu səbəbdən kiçik təsərrüfatlarda bütün heyvanlar üçün eyni tərkibli rasion tətbiq edilir və miqdar məhsuldarlığa uyğun tənzimlənir. Böyük ölçülü təsərrüfatlarda isə inəklər müxtəlif qruplara (məhsuldarlıq, laktasiya müddəti və s.) bölünür və ona uyğun hər qrup üçün fərqli rasion tətbiq edilir.
Yem rasionu hazırlanarkən aşağıdakı mərhələlər nəzərə alınmalıdır:
Cəmi tələbatın hesablanması |
Süd məhsuldarlığı nəzərə alınmaqla yem rasionu üzrə cəmi enerji və protein tələbatının hesablanması. |
Qaba yemlərdən rasiona daxil edilməsi |
Qaba yemlər təsərrüfatda istehsal edilən ucuz yem hesab edildiyindən qaba yemlərdən nə qədər enerji və protein əldə edilə biləcəyi hesablanır. Praktikada qaba yemlə inəyin orqanizminin saxlayıcı qida maddələri ehtiyacı və əlavə olaraq 12-15 kq süd istehsalı əsas hədəf olaraq götürülür. Qaba yemin qida dəyəri və keyfiyyəti burada həlledici təsir göstərir. |
Qüvvəli yemə olan ehtiyacın hesablanması |
Cəmi tələbatdan qaba yemdən əldə ediləcək enerji və protein çıxıldıqdan sonra qüvvəli yemə olan tələbat müəyyənləşir. Praktikada hədəf qoyulan süd məhsuldarlığından qaba yemdən alınan süd məhsuldarlığı çıxıldıqdan sonra qüvvəli yemlə əldə ediləcək hissə tapılır. Məsələn, əgər hədəflənən məhsuldarlıq 25 litr, qaba yemdən 12 litr süd əldə edilirsə, qüvvəli yem ehtiyacı 13 litr süd istehsalına çatacaq miqdarda olmalıdır. Praktikada 1 kq qüvvəli yem 2 litr süd olaraq hesablanır. 13 litr süd əldə etmək üçün 6.5 kq qüvvəli yem verilməlidir. |