Yem rasionu hazırlanarkən qruplar üzrə məhsuldarlıq mütləq nəzərə alınmalıdır. Ümumilikdə təsərrüfatlarda inəklər müxtəlif meyarlara əsasən qruplaşdırılır. Qruplar, əsasən, aşağıdakı meyarlara görə ayrılır:
• Boğazlıq dövrünə görə – sağılan inək qrupları, qurutmada olan inək qrupları
• Məhsuldarlıq səviyyəsinə görə – aşağı, orta və yüksək
• Laktasiya müddətinə görə – doğuşdan 30 gün sonra və s.
Qruplar üzrə yuxarıdakı meyarlara görə bölünmə inəyin boğazlığına və laktasiyanın müxtəlif dövrlərində müxtəlif miqdarda və həcmdə yem qəbul etmə qabiliyyətinə əsaslanır. Məsələn, doğuşdan sonrakı ilk 30 və ya 60 gün inəyin laktasiya dövrü ərzində əldə edəcəyi süd məhsuldarlığı üçün çox həlledicidir. Bu mərhələdə düzgün yemləmə yekunda inəyin doğuşdan sonra qısa vaxtda özünü tam bərpa etməsinə və maksimum əldə edə biləcəyi yüksək məhsuldarlığa nail olmasına kömək edir. Bu mərhələdə nail olunmuş məhsuldarlığın səviyyəsi sonrakı mərhələdə qalır və laktasiya dövrü uzandıqca enməyə başlayır.
Aşağıdakı qrafikdə dövrlər üzrə inəyin süd məhsuldarlığı və quru maddə qəbulu imkanları əks etidirlmişdir. Yem rasionu hazırlanarkən bu, mütləq nəzər alınmalıdır.