Buzovun doğulmasından sonra görülən işlərin düzgünlüyü və qısa zamanda icra edilməsi onun sağlamlığı üçün çox vacibdir. Buzovun orqanizmi zəif olduğundan və immunitet (ağız südü içənə qədər) formalaşmadığından hər hansı virus və ya infeksiya yoluxma riski yüksəkdir. Bu səbəbdən doğuşdan sonra ardıcıllıq üzrə aşağıdakı əməliyyatların icrası çox vacibdir:
• Buzovun üzərinin təmizlənməsi
• Buzovun ağız və burun hissəsinin təmizlənməsi və rahat nəfəs almasını təmin etmək
• Buzovu inək tərəfindən yalanması üçün inəyin yaxınına qoymaq və ya buzovu tam qurulamaq