Təlim nəticələrinin qiymətləndirilməsi
TEST TAPŞIRIQLARI
(Təlim nəticəsi 5)
1. Buzov doğulduqdan sonra hansı tədbirin icrası vacibdir?
A) Onu sığallamaq
B) Onu anasının yanında saxlamaq
C) Onu qurulamaq və ağız südü
vermək
D) Onu çimizdirmək
2. Buzov doğulduqdan neçə dəqiqə sonra sərbəst ayaq üstə dayana bilməlidir?
A) 10 dəqiqə C) 30 dəqiqə
B) dərhal D) 60 dəqiqə
3. Buzov doğulduqdan sonra nə qədər anasının yanında saxlanır?
A) Həmişə C) 3 saat
B) 2 saat D) 5 saat
4. Ağız südü normal inək südündən necə fərqlənir?
A) Daha yağlı, qatı və minerallar ilə
zəngin olur
B) Daha yağlı və şirin olur
C) Daha qatı və turş olur
D) Daha şirin və minerallarla
zəngin olur
5. Ağız südünün tərkibi nə ilə zəngindir?
A) Şəkər C) Kofein
B) İmmunoqlobulin D) Duz
6. Ağız südünün buzova neçə saat ərzində içirdilməsi tövsiyə edilir?
A) İlk 3 saat ərzində
B) İlk 10 saat ərzində
C) İlk 3 gün ərzində
D) İçirdilməsə də olar
7.Ağız südün keyfiyyəti hansı cihazla ölçülür?
A) Termometr
B) Kolostrometr və refraktometr
C) Termometr və refraktometr
D) Barometr
8. Buzovların südlənməsi zamanı içirdilən süd hansı temperaturda olmalıdır?
A) 39 °C C) 45 °C
B) 20 °C D) Heç biri
9. Buzova içizdirilən süd əvəzləyicinin tərkibində xam protein nə qədər olmalıdır?
A) 30 %-dən yüksək
B) 22 %-dən yüksək olmamalıdır
C) 12 %
D) 5 %
10. Buzovlarda rast gəlinən ən əsas xəstəliklər hansılardır?
A) Dabaq
B) Dırnaq xəstəliyi
C) İshal və pnevmoniya
D) Xlamidioz