Düyə tövlələri planlaşdırılarkən aşağıdakı texniki normativlərə əməl edilməsi vacibdir.
7-9 ay | 10-12 ay | 13-15 ay | 16-18 ay | 19-21 ay | 22-26 ay | |
Diri çəki, kq | 200-300 | 300-400 | 350-450 | 400-500 | 500-540 | 540-630 |
Yem yolu eni, sm | 210 | 230 | 250 | 270 | 300 | 350 |
Fərdi yataq yeri uzunluğu (divar), sm |
200 | 200 | 220 | 220 | 240 | 250 |
Fərdi yataq yeri uzunluğu (üz-üzə), sm |
180 | 180 | 200 | 200 | 220 | 230 |
Heyvan yataq yeri nisbəti | 1:1 | 1:1 | 1:1 | 1:1 | 1:1 | 1:1 |
Boks sahəsi tələbi, heyvan başı m2 |
2.5 | 3 | 3.5 | 4.2 | 5 | 6 |
6.4 Qida maddələrinə olan tələbat
Düyələrin qida maddələrinə tələbi heyvanın diri çəkisinə və doğuma nə qədər müddət qaldığından asılı olaraq dəyişir. Diri çəkiyə və gündəlik çəki artımına müvafiq enerji tələbi və qida qəbulu miqdarı da dəyişir.
Müxtəlif mənbələr üzrə (DLG və s.) düyələrin diri çəkisi və gündəlik çəki artımından asılı olaraq enerji tələbinin dəyişməsi cədvəldə göstərilmişdir.
Diri çəki | Yem qəbulu, kq QM/gün |
700 qr/gün çəki artımı | 900 qr/gün çəki artımı | ||
Enerji (MJ ME/gün) |
Xam protein (qr/gün) |
Enerji (MJ ME/gün) |
Xam protein (qr/gün) |
||
150 kq | 3.2-3.5 | 34 | 480 | 38 | 550 |
250 kq | 5.2-5.4 | 50 | 565 | 56 | 625 |
350 kq | 6.6-7.0 | 65 | 735 | 73 | 835 |
450 kq | 7.5-8.6 | 80 | 910 | 92 | 1040 |
550 kq | 8.4-10.2 | 95 | 1085 | 111 | 1245 |
Düyələrdə doğuşa yaxınlaşdıqca qida maddələrinə olan tələbat da artır. Belə ki, yuxarıda göstərilən tələblərlə yanaşı, doğuş yaxınlaşdıqca aşağıdakı enerji tələbini də baza tələbata əlavə etmək lazımdır.