6.6 Düyələrdə rast gəlinən xəstəliklər
Düyələr təsərrüfatda ana sürünü əvəz etdiyindən onların sağlam yetişdirilməsi təsərrüfatın gələcəyi üçün çox vacibdir. Düyə yetişdirilməsində rast gəlinən əsas xəstəliklər aşağıdakılardır.
Yemlər | Qarğıdalı silosu olan rasion | Qarğıdalı silosu olmayan rasion | ||||
6 ay (180 kq) |
9 ay (250 kq) |
12 ay (320 kq) |
6 ay (180 kq) |
9 ay (250 kq) |
12 ay (320 kq) |
|
Quru ot | 2.2 | 1.1 | 1.8 | 1.7 | ||
Ot / yonca senajı |
3.4 | 3.8 | 3.8 | 4.5 | ||
Qarğıdalı silosu | 0.7 | 0.8 | 1.3 | |||
Dən qarğıdalı | 0.7 | 0.9 | 1.1 | |||
Soya şrotu | 0.5 | 0.2 | 0.6 | 0.4 | 0.2 | |
Arpa (dən) | 1.1 | 0.4 | 0.4 | 1.6 | 0.5 | 0.6 |
Vələmir | 0.5 | 0.6 | ||||
Tərkibi | ||||||
Quru maddə (kq) |
4.5 | 6.0 | 7.1 | 4.6 | 6.6 | 7.2 |
Xam protein (qr/kq QM) |
175 | 170 | 169 | 175 | 177 | 158 |
Həzm olunan protein (qr/kq QM) |
165 | 147 | 143 | 166 | 150 | 142 |
Enerji ME | 11.4 | 10.5 | 10.0 | 11.4 | 10.6 | 10.3 |
Enerji NEL | 7.0 | 6.4 | 6.0 | 7.0 | 6.5 | 6.3 |
Mayalanmadan ilk doğuşa qədər olan yemləmə dövrü
Bu mərhələdə qüvvəli yemdən istifadə minimuma endirilir və ya heç verilmir. Buna səbəb heyvanların piylənməsinin qarşısını almaqdır. Belə ki, güclü piylənmə balavermədən sonra maddələr mübadiləsi pozulması və qısırlıq riskini artırır. Buna görə yem rasionu hazırlanarkən enerji tərkibinə xüsusi diqqət yetirilməlidir. Bu dövr yemləmədə heyvanların yetərli qədər quru maddə qəbul etmələri təmin edilməli və bununla belə onların piylənməsinin qarşısı alınmalıdır. Çox vaxt rasionda silos və ya senajın saman ilə əvəzlənməsi aparılır. Saman düyələrdə quru maddə qəbulunun lazımi səviyyədə olmasına və işkəmbənin yetərli qədər sellüloza ilə təmin edilməsinə kömək edir.
Düyələrin yem rasionu hazırlanarkən yuxarıda sadalanan faktorlar nəzərə alınmalıdır. Aşağıdakı cədvəldə müxtəlif diri çəki üzrə tövsiyə edilən tipik rasionlar verilmişdir. Hər bir təsərrüfatın yekun rasionu təsərrüfatda mövcud olan və ya alışı iqtisadi baxımdan daha səmərəli yemlərin kombinasiyası formasında hazırlanmalıdır.