İNŞAAT
Arka qövsi strukturdur, ərazini genişləndirir və bəzi hallarda üzərindəki yükü qaldıra, bəzi hallarda isə qaldırmaya bilər. Arka və tağ sözü sinonim ola bilər, amma tağ tavan təşkil edən davamlı arkaların birləşməsindən yaranır. Arkaların ilk nümunələri eramızdan əvvəl ikinci minillikdə qədim Mesopotamiyada tikilmişdir və onun sistematik şəkildə inşasına bir neçə struktur və texnikanın yayılmasını təmin edən qədim romalılar başlamışdır.
Pəncərənin, qapının və ya divarda olan hansısa başqa bir boşluğun kifayət qədər hündürlüyü olduğu zaman ərazinin böyüdülməsi və yuxarıdakı yükün saxlanması üçün möhkəm və rahat arkalar qurulur. Kərpic arkalar qurulduğu zaman tikintidə yüksək dərəcədə ehtiyatlı olmaq lazımdır və kərpiclərin aralarındakı bağlar sement məhlulu ilə tamamilə doldurulmalıdır. Əgər arkanın qurulduğu ərazi 10 fitdən böyükdürsə, kərpic arka sement məhlulu ilə birləşdirilməlidir. Əslində hər bir halda birləşmələrin sement məhlulu ilə edilməsi ən yaxşı və təhlükəsiz metoddur.
Yarımqövsi arkalar ümumi kərpiclə tikilən zaman kərpiclər daxili hissədə və ya intradosda bir-birinə yaxın hörülür, xarici hissədə və ya ekstradosda is kərpiclər kəmər şəkilli hörülür. Bu isə o deməkdir ki, sement məhlulu bağlayıcılar kərpic halqasının yuxarı hissəsində qalın, aşağı hissədə isə daha nazikdirlər və buna görə də yuxarı hissədə aşağı hissədən daha çox sement məhlulu istifadə edilir.