Kafel plitələrin səthə döşənməsi
Taxta görünüşlü keramik kafellər son illər həddən çox geniş yayılmışdır. Bəzi səbəblərə görə taxta görünüşlü keramik kafel döşəmələr digərlərini üstələyir: bir neçə ildən sonra naxışlar korlanmır, illər keçdikdən sonra yaxşılaşdırılmağa ehtiyacları yoxdur və onlar əsl taxta döşəmələr kimi illər keçdikdən sonra cırıldamağa başlamır. Amma iş taxta görünüşlü keramik kafellərin yapışdırılmasına gəldikdə, bu prosedurda bir neçə unikal çətinliklər yaranır.
1) Lövhələrin oriyentasiyası
Taxta görünüşlü kafelləri yapışdırarkən, bizim fikrimizcə, onları ilk növbədə otaq boyu cərgə ilə düzün. 2-3 cərgə ilə başlayın və onları arxa arxaya otaq boyu düzün. Cərgələrin tamamilə düz olduğundan əmin olmaq üçün vaxt sərf etməkdən çəkinməyin. Əgər kafellərin arasında hündürlük fərqləri varsa bu fərqləri aradan qaldırmağa çalışın. Bu ilk cərgələr hazır olduqdan sonra, hər dəfə bir cərgə olmaqla işinizə davam edin.
2) Dolğu qovşağının ölçüsü
Belə görünür ki, bu işdə əsas strategiyalardan biri dolğu üçün ayrılan boşluqların maksimum nazik olmasına çalışmaq lazımdır və dolğunun rəngini seçərkən əsl taxtadan fərqlənməyən rəng seçmək lazımdır. Amma gəlin başqa problemə də nəzər salaq. Əgər bir kafel digərindən hündürdürsə, onların arasını dolğulamaq problemi daha da böyüdəcək. Buna görə də daha geniş kafellər arası dolğu boşluğu bu problemi aradan qaldıra bilər.