İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
1. Dəmir dirəkləri kəsməyi və əyməyi izah edə biləcək;
2. Dəmir dirəkləri bünövrə üçün tökülən dayanıqlı beton qəlibə yerləşdirə biləcək.
Təcrübə materialları:
1. Dirək 12mm, 9mm
2. Birləşdirici məftillər
Avadanlıqlar və alətlər:
1. Mexaniki dirək kəsən və əyən
2. Məftil buran
Mövzu ilə əlaqəli biliklər
1. Dəmir dirəyin kəsilməsi və əyilməsi
Beton işləri üçün dəmir–beton (armatur) konstruksiyasının hazırlanmasında çox vaxt dirəklərin
(dəmir beton dirəklərin (armaturların) əyilməsi və kəsilməsi tələb olunur. Landşaft, dizayn işləri
və digər layihələrdə geniş istifadə olunan və rahat əyilən metal ilə işi asanlaşdırır. Bir qayda olaraq
satışda diamteri 1/8 düym (2.5/20 sm) arasında dəyişən dirəklərə rast gəlinir (#4-lük dirəyin
diametri ½ düym təşkil edir). #4-ə qədər dirəklər adətən əllə əyilə və kəsilə bilər. Daha böyük
diametrli dirəklər adətən kommersiya və ya sənaye məqsədli beton işlərindən kənar istifadə olunmur
və xüsusi hidravlik kəsici və əyicilər kimi avadanlıqlardan istifadəni tələb edir. Bu bölmədə
landşaft və beton işlərində geniş istifadə olunan ½ düym (nömrə 4) ölçülü dirəklərdən istifadəni
nəzərdə tutmuşuq.
1) Düzgün təhlükəsizlik alətlərindən istifadə edin. Dirəklər iti və ağır ola və kəsilərkən qığılcım
saça bilər. Daima göz qoruyucuları, uzunqol köynək, uzun şalvar, əlcək və davamlı çəkmələr
geyinin.
2) İş sahəsini tənzimləyin. Dirəklər çox uzun çubuqlar formasında olur (adətən 8-20 futdan 40
fut uzunluğa qədər) (1 fut=30.48 sm). Uzunluğuna və çəkisinə, habelə oksidləşməyə və paslanmaya
meyilli olduğuna görə belə dirəklərlə geniş və açıq sahələrdə işləmək daha rahatdır. Dəmir
dirəklərin kəsilməsi zamanı adətən isti qığılcımlar saçdığından, onların kəsildiyi sahədə alışqan
materalların olmamasına və ərazinin təmizlənməsinə diqqət edin. Dirəklərdən saçan qığılcımlar
paltarları korlaya bilər, buna görə də köhnə və sərt materiallı paltarlar geyinmək məsləhət görülür.
3) Diqqətlə ölçün. Ümumi uzunluğunu nəzərə alaraq, hər hansı üst-üstə düşmələr və xüsusilə
əyilmələr bəzən aldadıcı ola bilər. İlk başlarda nəzərdə tutulan ölçüdən daha qısa və ya uzun
dirəklər kəsə və ya əyə bilərsiniz. Bu, adətən dirəyin əyilən zamankı vəziyyətini nəzərə almayaraq
hesablamaların aparılmasından irəli gəlir. Bunlar ilk başlarda aldadıcı görünsə də, sonralar buna
alışırsınz. Dirəkləri plastik karandaşla (wax crayon) (suya davamlı işarələmə aparmaq istəyirsinizsə)
və ya təbaşirlə (xüsusi dizayna malik olacaq işlərdə işarələrin silinməsini istəyirsinizsə,
təbaşir daha əlverişlidir) işarələmək daha asandır.