İNŞAAT
Şərf formalı birləşmə iki taxta və ya digər formalı materialların bolt, mil və digər birləşdiricilər vasitəsi ilə gərginliyə və ya təzyiqə müqavimət göstərmək üçün düzəldilən birləşmədir.
Taxta işlərində şərf formalı birləşmələrin keçmə şəkilli olmasına və olmamasına görə iki müxtəlif kateqoriyası var. Düz şərf formalı birləşmə sadə iki düz hissədən ibarətdir və güc baxımından tamamilə yapışdırıcıdan və ya mexaniki bərkidicilərdən asılıdır. Bağlantılı, açarlı və şuruplu şərf formalı birləşmələr keçmə şərf formalı birləşmələrin bəzi növləridir. Bu birləşmələr gərginliyə müqavimət baxımdan bir-birindən fərqlənirlər, amma hələ də mexaniki bərkitmələrdən asılıdırlar.
Güclü birləşməyə ehtiyac duyulduqda düz şərf formalı birləşməyə üstünlük verilmir. Bu birləşmədən daha çox dekorasiyada istifadə edilir. Müasir yüksək gücə malik yapışdırıcıların istifadəsi düz şərf formalı birləşmənin istifadə imkanlarını artırır. Şərf formalı birləşdiricilər taxta qısa kəsildiyi zaman çıxan problemlərin həlli zamanında da istifadə edilə bilir. Lövhə şərf formasında