İNŞAAT
Betonqarışdıran (adətən sement qarışdıranla qarışıq salınır) sement, qum, çınqıl və su kimi vasitələri betonun hazırlanması üçün eyni vaxtda qarışdıran qurğudur. Tipik betonqarışdıranın içərisində komponentlərin qarışdırılması üçün fırladıcı çəllək yerləşir. Daha kiçik həcmli işlər üçün daşınabilən betonqarışdıranlardan istifadə olunur. Beləliklə, beton tikinti sahəsində qarışdırılaraq bərkiməzdən əvvəl istifadəsinə imkan yaradır. Betonqarışdıran maşının alternativi betonun əl ilə qarışdırılmasıdır. Bunu adətən arabalarda edirlər; bunun belə, bir sıra şirkətlər bu məqsədlə beton üçün xüsusi brezentlərin satışını həyata keçirməyə başlamışdır.
2) Betonqarışdıran və daşıyan maşınlarBetonun qarışdırılması və tikinti sahəsinə daşınması üçün xüsusi beton maşınlarından istifadə olunur. Onlar quru materiallar və su ilə yüklənir və daşınma zamanı qarışdırılır. Onlar, həmçinin mərkəzi betonqarışdırma məntəqəsindən də yüklənə bilər, bu zaman material yüklənmədən əvvəl artıq qarışdırılmış olmalıdır. Betonqarışdıran və daşıyan maşında çatdırılma anına qədər qarışdırma və betonun fırladılması ilə materialın maye halı saxlanılır. Betonqarışdıran maşının üzərində çəlləyin içərisinə spiralvari qarışdırıcı qurulur .Bir istiqamətdə beton çəlləyə doğru itələnir. Bu, beton tikinti sahəsinə daşınarkən çəlləyin fırladıldığı istiqamətdir. Bu proses qarışdırıcının yüklənməsi adlanır. Çəllək başqa istiqamətdə fırlanarkən Arximedin vint tipli nasosu boşalır və ya betonu çəlləkdən bayıra çıxarır. Betonun birbaşa iş sahəsinə daşınması üçün oradan beton novlara tökülə bilər. Betonqarışdıran maşın novlardan istifadə üçün iş sahəsinə yaxın olmadıqda beton hərəkətli şlanqa