İNŞAAT
Kərpiclə hörmə kərpic ustası tərəfindən kərpic və şpater istifadə edilərək tikilən daş hörgü işidir. Kərpic binaları tikmək üçün geniş yayılmış vasitədir və kərpic nümunələri tunc dövrünə qədər gedib çıxır. İraqdakı qədim Dur-Kuriqali ərazisində e.ə. 1400 il əvvələ aid kərpic bişirmə yerləri tapılıb. Kərpiclə bağlı daha qədim tapıntı e.ə. 2600 il əvvələ aid olan indiki Pakistan ərazisindəki Mohenyo Daro tapıntılarıdır. Çox daha qədim kərpic nümunələrinə Cibutidəki Ceriko, Anadolduda Çatalhöyük və Pakistandakı Mehranqan ərazisində rast gəlinmişdir.
Kərpic hissələri kərpic, kərpic yatağı və kərpic qırağından ibarətdir. Bu hissələrin ölçüləri bir-biri ilə əlaqəlidir.
İngiltərədə kərpiclər üçün geniş istifadə edilən ölçü uyğunlaşdırılması aşağıdakı kimdir:• Kərpicin ölçüləri 215 mm x 102.5 mm × 65 mm;
Bu halda koordinat ölçüsü işə yarayır, çünki tək bir kərpic uzunluğu (215 mm), bir kərpic (102.5 mm) əlavə olaraq qıraq hissə (10 mm) ikinci kərpic eninin cəminə bərabərdir. Bütün dünyada çox sayda kərpic ölçüləri var və əksəriyyəti eyni koordinat prinsipi ilə işləyir. Kərpicin necə qoyulmasında və bitmiş divarda üz tərəfinin necə olmasına görə sinifləndirilir.
Kərpic necə yerləşdirildiyi və çılpaq səthinin hazırlanmış divarın səthinə nisbətdə necə yönəldildiyi əsasında təsnif edilir.
1) Uzununa və ya uzanan kərpic: Uzun, dar tərəfi açıqda qalacaq şəkildə düzünə döşənmiş kərpic;