2. Əl ilə idarə edilən ötürülmə qutusunun
təmiri (FF növü)
İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
1.
|
Avtomobilin ötürülmə qutusu cihazlarının strukturunu/adını/ ötürülmə qutusu sisteminin
yığılması və sökülməsi vasitəsilə onun iş prinsiplərini izah edəcək;
|
2.
|
Ötürülmə qutusu sisteminin sökülməsi vasitəsilə ötürülmə qutusunu bacarıqla sökmək
iqtidarında olacaqdır.
|
Təcrübə materialları:
1. Silgi kağızı
2. Pambıq əlcək
Avadanlıq və alətlər:
1. Sərnişin avtomobili
2. Qayçışəkilli qaldırıcı
3. Ötürülmə qutusunun domkratı
4. Yağ boşaltma dəliyi
5. Mühərrik yuma qurğusu
6. 227 PCS mexaniki alətlər dəsti 7 siyirməli alətlər arabacığı ilə
7. Portativ alətlər yeşiyi
8. Dirsəkli qayka açarları dəsti
9. Diyircəkli yastıq çıxarıcısı
10. Portativ alətlər yeşiyi
11. Çoxtəyinatlı məngənə
12. Qatlanan (açılan) burğulu alətlər qayka açarları dəsti
13. Ştangenpərgarlar
Mövzu ilə əlaqəli biliklər
1. Ötürülmə qutuları
Avtomobili hərəkətə gətirmək üçün bir neçə müqavimətin öhdəsindən gəlməlidir. Nəqliyyat vasitəsinin
hərəkətinə qarşı üç əsas müqavimətə aşağıdakılar daxildir: Diyirlənmə müqaviməti;
yaxşı qudronlanmış şossedə aşağı, yolsuzluq şəraitində isə yüksəkdir. Hava müqaviməti: aşağı
sürətdə aşağı, yüksək sürətdə yüksəkdir. Hava müqaviməti sürətlə xətti artmır, lakin sürətin 2
mislinə bərabər olur: ikiqat sürətdə hava müqaviməti dörd dəfə yüksək olur və s. Nəqliyyat vasitəsinin
hava müqaviməti həmçinin onun Cw qiyməti ilə ifadə olunan formasından da asılıdır.
Bu qiymət külək kanalında ölçülür. Nəqliyyat vasitəsi güc ölçən cihazın üzərində yerləşdirilir
və bu zaman müəyyənləşdirilmiş külək sürətinə məruz buraxılır. Maili yolların üzərində maillik
müqaviməti; yol dik olduqca müqavimət daha yüksək olur. Maksimum yoxuşu dəf etmək
qabiliyyəti qoşqu yedəyi halında məhdudlaşdırılır. Bütün müqavimətlərin cəmi nəqliyyat