Quraşdırma vaxtından sonra mühərrik əks istiqamətdə fırlanır və birinci mərtəbəyə düşür. Birinci mərtəbəyə çatdıqda limit açarı mühərriki dayandırır və lifti saxlayır. |
(3) Ardıcıllıq diaqramı və zaman sxemi.
(Şəkil 2) Ardıcıllıq diaqramı
(Şəkil 3) Ardıcıl zaman sxemi
Set time t - vaxt qurma; Forward rotation (rising)- irəli fırlanma (qalxan); Reverse
(descending) - geri fırlanma (düşən); Forward rotation (rising)- irəli fırlanma (qalxan).
(4) | Əməliyyatın təsviri. 1-ci mərtəbə → 2-ci mərtəbə (qalxan) |
1 | Elektriki yandırın. (MCCB- qaldırın). |
2 | İşəsalma düyməsini basın (PB-on). |
3 | Cərəyan dönmədə xüsusi istifadə üçün elektromaqnit kontaktoruna (MC-F) axır və MC-F-ni idarə etmək üçün sarğı (bobbin) enerji ilə təchiz olunur. |
4 | Cərəyan irəli (qalxan) işıq indikatoru ilə axır və yaşıl lampa yanır. (Eyni vaxtda aşağıdakı prosedur baş verir). |
5 | Əsas elektrik dövrəsinin MC-F ilkin nöqtəsi bağlıdır. → cərəyan mühərrikə axır, mühərrik irəli fırlanır və lift birinci mərtəbədən ikinci mərtəbəyə qalxır. |
6 | Özü qidalanan dövrədə MC-F-in “a” kontaktı bağlanır və özü qidalanan dövrə yaranır. |
7 | Bloklama dövrəsində MC-F-in “b” kontaktı açılır və bloklanma dövrəsi yaranır. |