Proqram yaddaşında saxlanılan proqramı çalışdırmaqla PLC davamlı olaraq sistemin vəziyyətinə daxilolma cihazlarından siqnallar vasitəsi ilə mütəmadi olaraq nəzarət edir. Proqramda həyata keçirilən məntiqə əsasən PLC hansı hərəkətlərin xaricolma cihazlarla yerinə yetirilməsini müəyyən edir. Daha mürəkkəb prosesləri işlətmək üçün mərkəzi kompüterə daha çox PLC kontrolyorlarını birləşdirmək mümkündür.
(Şəkil 2) Lokal proses nəzarət sistemi
(2) | Ənənəvi nəzarət paneli. Sənaye inqilabının başlanğıcında, xüsusi ilə də, altmışıncı və yetmişinci illər ərzində avtomatlaşmış maşını çalışdırmaq üçün relelərdən istifadə edilir və bunlar nəzarət panelinin içərisində məftillərdən istifadə edərək iç-içə birləşdirilir. Bir neçə halda nəzarət paneli bütün divarı əhatə edir. Sistemdə xətanı tapmaq üçün kompleks proses nəzarət sistemləri ilə çox vaxta ehtiyac duyulur. Hər şeydən əvvəl relenin kontaktlarının istifadə müddəti məhdudlaşdırılıb, belə ki, bir neçə rele dəyişdirilib. Əgər dəyişdirilməyə ehtiyac olunubsa, maşını və eyni zamanda onun istehsalını dayandırmaq zərurəti yaranıb. Həmçinin, elə bir şey baş verə bilərdi ki, lazımı dəyişikliklər üçün kifayət qədər yol olmasın. Nəzarət paneli yalnız xüsusi proses üçün istifadə edilib və yeni sistemin tələblərinə uyğunlaşmaq asan olmayıb. Texniki baxış keçirilənə qədər elektriklər xətaları tapmaqda çox səriştəli olmalıdırlar. Qısaca, ənənəvi nəzarət panelləri çox elastik olmamağı isbat edib. |
• Klassik nəzarət panelin tez-tez qeyd edilən əlverişsizlik vəziyyətləri bunlardır: Məftilləri birləşdirərkən tələb olunan həddən artıq iş, dəyişiklər və əvəzləmələr zamanı yaranan çətinliklər, xətaların tapılması zaman yaranan çətinliklər, təcrübəli işçi gücünə ehtiyac olarkən problem yaranarsa, ləngimə vaxtı qeyri-müəyyən, adətən də uzun olur.
• PLC kontrolyoruna əsaslanan nəzarət panelinin bir neçə əsas üstünlüklərini göstərmək olar: Ənənəvi proses nəzarət sistemini müqayisə etdikdə birləşmələr üçün lazım olan məftillərin miqdarı 80% azalır. PLC bir rele dəstəsindən daha az tükətdiyinə, PLC kontrolyorunun diaqnostik funksiyaları daha sürətli və asan xəta aşkarlamasına imkan yaratdığına görə istehlak böyük ölçüdə azalır. PLC kontrolyorunun ardıcıllığını və tətbiq edilməsini müxtəlif əməliyyat prosesində yerinə yetirərkən edilən dəyişikliyi idarə etmə pultu ilə və ya fərdi kompüter proqramından istifadə edərək proqramı dəyişdirməklə asan şəkildə yerinə yetirmək mümkündür (bəzi giriş və ya çıxış cihazı tələb olunana qədər məftillə birləşdirmədə heç bir dəyişiklik tələb edilmir).