1.Cərgәvi və kvadrat üsulda:
Q = C х B
Burada: Q—bir bitkinin qida sahəsi, m2;
C—cərgə arası məsafə, m-lə;
B—cərgədə bitki ilə bitki arası məsafə, m-lə
2 .Kvadrat-yuva üsulunda:
S- bir yuvada bitkilərin sayı.
3.Lent üsulunda:
--------------------------------Burada:
--------------------------------L- lentlər arası məsafə, m;
C- lentdə cərgə arası məsafə, m;
B- cərgədə bitki ilə bitki arası, m;
n-lentdə cərgələrin sayı.
Misal 1. Cərgəvi üsulda və 70x 50 sm əkin sxemində bir bitkinin qida sahəsini (cərgəarası x bitkiarası) hesablayaq.
Q=70 x 50= 3500 sm2 =0,35 m2
Qida sahəsinə uyğun olaraq bir hektarda (10 000 m2) bitki sıxlığı müəyyən olunur.
Bitkini kvadrat üsulla becərdikdə qida sahəsi və bitki sıxlığı eyni qayda ilə hesablanır. Misal 2. Lent arası məsafə 40 sm, cərgə arası 10 sm, cərgədə bitki arası 7 sm, lentdə cərgələrin sayı 3 ədəd olduqda ((40+10):3x7sm), lent üsulunda becərilən bir ədəd kök bitkisinin qida sahəsini hesablayaq.
Kök bitkisinin bir hektarda bitki sıxlığı
3.4. Ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində ümumi qulluq işləri
Ədviyyat, bitki çayları və dərman bitkilərinin normal inkişaf edib məhsul verməsi üçün toxumu səpdikdən və ya şitili əkdikdən sonra 20-dən artıq qulluq növü tətbiq olunur. Tətbiq olunan qulluq işlərinin sayı, qaydası bitkilərin növ və sortlarından, bölgənin iqlim-torpaq şəraitindən, bitkinin becərilməsində olan məqsəddən, açıq və örtülü sahə qurğularında becərmədən asılı olaraq dəqiqləşdirilir.
Ümumi qulluq işlərinə bitkilərin şaxtadan qorunması, suvarma, mulçalama, alaqlarla mübarizə, seyrəltmə, cərgə və bitki aralarında qaysağın dağıdılması və torpağın yumşaldılması, dibdoldurma, əlavə gübrələmə, yaşıl əməliyyatların aparılması, xəstəlik və zərərvericilərlə mübarizə və s. daxildir.