Qeyd edilən ümumi qulluq işlərindən Ədviyyat, bitki çayları və dərman bitkilərinə suvarma, seyrəltmə, dibdoldurma, yarpaqların biçılməsi, alaqlarla mübarizə, torpağın yumşaldılması kimi əsas qulluq işləri tətbiq edilir.
Ədviyyat, bitki çayları və dərman bitkilərindən keşniş və şüyüd cərgəarası 15-20 sm, və ya ləklərdə dağınıq üsulda hektara 15-25 kq toxum norması ilə səpilir. Hər iki bitki kökündən kəsməklə seyrə İtmək, kökünd ən kəsməklə başdan-başa yığmaq, habelə yarpağını yerin səthindən 2-3 dəfə biçməklə yığılır.
Reyhan bitkisi vegetasiya ərzində 8-12 dəfə suvarılır, elə həmin sayda da yarpaqlı zoğları qoparılır və salatda istifadə edilir. Yaxşı qulluq etdikdə
çürüntülü torpaqda hər gün 5-10 gündən bir zoğlar seçilib yığılır. Yığım gecikdikdə zoğların ucunda çiçək qrupu əmələ gəlir və yarpaq əmələ gəlməsi dayanır, məhsuldarlıq kəskin sürətdə aşağı düşür, zoğlar kobudlaşır.
Kərəviz bitkisinin toxumu xırda və gec cücərən olduğu üçün 0,5-1 sm-dən dərin səpildikdə cücərti əmələ gəlmir. Ona görə də kərəviz toxumunun səpini üçün hazırlanan torpaq alaqsız, səthi düz, kəltənsiz olmalıdır. Cücərti əmələ gələnə kimi 2-3 dəfə və cücərmədən sonra tez-tez suvarılmalıdır. Ona görə az su normaları ilə suvarmağa yer hazır olmalı və su ilə axıdılmamalıdır. Bunları nəzərə alaraq torpaq diqqətlə malalanır, ütülənir, qumsal torpaqlarda yüngülcə şleyflənir (sığallanır və kipləşdirilir). İyun səpinində əvvəl alaqların məhv olması və sonrakı alaqçəkmələr azalması üçün bir dəfə kultivasiya çəkilir. Kərəviz bitkisinin məhsul yığımı şitil əkinindən, və ya seyrəltmədən 30-40 gün sonra tədricən həyata keçırılır. Əvvəl seyrəltməklə daha iri kökü, yarpağı və saplağı olan bitkilər cərgələrdən qazılıb götürülür. Belə seyrəltməklə yığım bir neçə dəfə tətbiq edilir və yay uzunu məhsul olur. Tam iriliyə çatmış yetişmiş bitkilər axırda yığılır. Yarpaq məhsulu üçün eyni bitkinin məhsulunu bir neçə dəfə biçirlər.
Yay səpin və əkinlərində isə məhsul bir dəfə olmaqla payızın sonunda yığılır. Xüsusən kökmeyvə məhsulu verən bitkilər qazılır. Qazılmış bitkilərin yarpağı və uzun kökləri kəsilir, kökmeyvə məhsulu qışa saxlanır. Kərəviz hər hektardan 350-400 s. və daha artıq məhsul verə bilir.
Əgər yaz səpinlərində ikinci seyrəltmə gecikdirilərsə, götürülən bitkilər dəstə məhsulu kimi istifadə edilir. Yay səpinlərində cəmi 1-2 seyrəltmə olur və 2-ci seyrəltmədə yalnız xırda kökləri olan bitkilər çixarılır, iriləri isə payıza əsas standart məhsul üçün saxlanır. Cərgədə bitki arası 3-6 sm saxlanır.
3.4.1. Dibdoldurma
Cərgə aralarının torpağını cərgələr boyu bitkilərin dibinə toplanması dibdoldurma adlanır.