Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarə-ləyin:
Sual 1. Torpağın çevrilməsi onun üst və alt qatlarının yerlərinin dəyişməsidir.
Sual 2. Cərgəarası becərilən ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində torpaq daha zəif becərilir.
Sual 3. Bitkilərin məhsuldarlığını yüksəltmək üçün bitkilərin növbələşdirilməsini təşkil etmək lazımdır.
Sual 4. Ədviyyat, bitki çayları və dərman bitkiləri boyca çox iri olmaqla əkində çox seyrək yerləşir.
Sual 5. Cərgəvi üsulda bitkilərin cərgə arası çox, cərgədə bitki arası məsafə isə az götürülür.
Doğru | Yanlış |
|
|
|
|
|
|
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Tapanlamanı ilk yaz müddətində ....... , səpinqabağı dövrdə isə ........ vərdənələrlə aparmaq lazımdır.
Sual 7. Növbəli əkin sxemində nəzərdə tutulan hər hansı bitkinin və ya heriyin bütün tarlaları keçərək, öz əvvəlki tarlasına qayıtdığı müddətə ......... deyilir.
Sual 8. Ağır gillicəli torpaqlarda toxumlar nisbətən dayaz, yüngül-qumsal torpaqlarda isə ............ səpilir.
Sual 9. Toxumlar öz diametrinin ........... bərabərində dərinliyə səpilir.
Sual 10. Cərgə aralarının torpağını cərgələr boyu bitkilərin dibinə toplanması ......... adlanır.
Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Cərgəvi üsulda 1 bitkiyə düşən torpaq sahəsi hansı düsturla hesablanır?