ÖYRƏNMƏ ELEMENTİ 4
4. ƏDVİYYAT, BİTKİ ÇAYLARI VƏ DƏRMAN BİTKİLƏRİNİN SUVARILMASI
Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Məlumdur ki, bitkilərin böyüməsi, inkişafı və yüksək məhsul verməsi onların düzgün suvarılmasından. Suvarmanın əsas məqsədi isə torpaqda əkiləcək bitki üçün əlverişli şərait yaradılması və torpağın münbitliyinin qorunub saxlanmasıdır. Bunun üçün əkin sahələrində suvarma üsulları və normalarını bitkilərin növünə görə seçmək, su itkilərini törədən səbəbləri müəyyən etmək əsas şərtdir. Belə ki, suvarmanı düzgün təşkil etdikdə suvarma suyunun səmərəli istifadə olunmasına şərait yaranır, torpağın münbitliyi artır, əkinə yararlı sahələr çoxalır və nəticədə yüksək məhsulun əldə edilməsi mümkün olur. Bu da təsərrüfatın gələcək inkişafının əsası deməkdir.
Əziz şagirdlər! Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin suyavarma vaxtını təyin edəcək biləcəksiniz.
Tədris nəticəsinin təsviri
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
- | ədviyyat, bitki çayları və dərman bitkilərinin suya olan təlabatı, suvarma rejimi və suyun keyfiyyəti haqqında məlumat əldə edəcək; |
- | öyrəndiyiniz ədviyyat, bitki çayları və dərman bitkilərinin becərilməsində suvarma üsulları və sudan səmərəli istifadə qaydalarını öyrənəcək; |
- | ədviyyat, bitki çayları və dərman bitkilərinin suvarma vaxtını müəyyən edə biləcək; |
MƏQSƏD
Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin suyavarma vaxtını təyin edə biləcəksiniz.
ARAŞDIR
Ədviyyat, bitki çayları və dərman bitkilərinin suyavarma vaxtını təyin edərən nələrə diqqət edilməlidir? Araşdırın.