ÖYRƏNMƏ ELEMENTİ 5
5. ƏDVİYYAT, BİTKİ ÇAYLARI VƏ DƏRMAN BİTKİLƏRİNİN GÜBRƏLƏNMƏSİ
Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Məlumdur ki, bitkilərin böyüməsi, inkişafı və yüksək məhsul verməsi onların normal qidalanmasından çox asılıdır. Bitkilərin normal böyüyüb, yüksək məhsul verməsi üçün gübrələrin rolu böyükdür. Gübrələr torpağın münbitliyinin artırılmasında xüsusi əhəmiyyətə malikdir.
Əziz şagirdlər! Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin gübrə normalarının hesablanmasını öyrənəcək, bitkilərdə müxtəlif qida maddələrinə olan ehtiyacını müəyyən edə biləcəksiniz.
Tədris nəticəsinin təsviri
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
- | öyrəndiyiniz ədviyyat, bitki çayları və dərman bitkilərinin becərilməsində gübrələmənin rolu və gübrələrdən səmərəli istifadə qaydalarını öyrənəcəksiniz; |
- | bitkilərdə qida maddələrinin çatışmazlığı və artıqlığı əlamətlərini müəyyən edəcəksiniz; |
- | ədviyyat, bitki çayları və dərman bitkilərinə tətbiq edilən mineral gübrələri tanıyacaqsınız; |
- | öyrəndiyiniz ədviyyat, bitki çayları və dərman bitkilərinin gübrə normalarını hesablayacaqsınız. |
MƏQSƏD
Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin gübrə normalarının hesablanmasını öyrənəcək, bitkilərdə müxtəlif qida maddələrinə olan ehtiyacı müəyyən edə biləcəksiniz.
ARAŞDIR
Ədviyyat, bitki çayları və dərman bitkilərinin suyavarma vaxtını təyin etmək, gübrə normalarının hesablanmasını öyrənmək, bitkilərdə müxtəlif qida maddələrinə olan ehtiyacı digər bitki quruplarından fərqləndirərkən nələrə diqqət edilməlidir? Araşdırın.