Məhlulun tünd rəngə boyanması və köpüyün yox olması qıcqırma prosesinin axıra çatmasını göstərir. Adətən, bu proses 10-14 gün davam edir. Qıcqırma prosesi günəş altında daha tez gedir. Bundan sonra qabın ağzını səliqəli örtmək lazımdır (əgər qapaq kip bağlanıbsa, hava daxil olması üçün deşiklər açılır). Bitki yarpaqları üzərinə çiləmə aparmaq üçün məhlul cunadan süzülür və bir litr cövhər 20 litr su ilə durulaşdırılır. Maye gübrə ilə suvarma aparılan zaman məhlulun süzülməsinə ehtiyac qalmır. Bu halda 1 litr cövhər 10 litr suda duruldulur. Cövhərin duruldulması onun istifadə olunması ərəfəsində aparılmalıdır. Gicitikəndən hazırlanmış maye gübrə bitkinin boyunu tənzimləyir və ona sağlamlaşdırıcı təsir göstərir. Torpaqları bu cövhərlə suvardıqdan sonra orada yağış qurdlarının (torpaq qurdları) miqdarı artır. Gicitkən cövhəri lobya, noxud, soğan və sarımsaq istisna olmaqla tərəvəz bitkilərinin əksəriyyətinə, eləcə də çiçəklərə müsbət təsir göstərir. Bir sıra bitkilərdən də (çobanyastığı, xəndəkotu) eyni qayda ilə həlim və cövhərlər hazırlanaraq bitkilərə çilənir.
5.3. | Avropa İttifaqında ekoloji kənd təsərrüfatı tənzimlənməsi, ətraf mühitin mühafizəsi tədbirlləri və onların tərəvəz bitkilərinin gübrələnməsində tətbiqi |
Ekoloji kənd təsərrüfatında bitkilərin qidalandırılmasına yanaşma ənənəvi (adi) kənd təsərrüfatının metodlarından mahiyyətcə xeyli fərqlidir. Ənənəvi kənd təsərrüfatında bitkilərin bilavasitə qidalanmasını başlıca olaraq asan həll olunan mineral gübrələrdən istifadə etməklə təmin edilir. Ekoloji kənd təsərrüfatı isə bitkiləri, torpağın orqanizmlərini üzvi maddələrlə qidalandırmaqla, bilavasitə (dolayısı ilə) qida ilə təmin edir.
Mineral gübrələrin üstünlükləri və çatışmazlıqları. Mineral gübrələr bitkilər üçün asan əldə olunan formada böyük miqdarda qida maddələri olub, məhsuldarlığı olduqca çox artıra bilir. Bu fakt azotlu gübrələrin istıfadə edilməsi zərurətini yaradır. Lakin onların da öz məhdudiyyətləri mövcuddur. Belə ki, tətbiq edilən azotlu gübrələrin təxminən yarısı yerüstü su axını, qələviləşmə və buxarlanma vasitəsilə itirilir. Əlverişsiz şərait (güclü yağış, uzunmüddətli quraqlıq dövrü, torpağın eroziya olunması, yaxud üzvi maddələrin aşağı səviyyədə olması) zamanı azot gübrəsinin səmərəliliyi daha da aşağı olur. Yerüstü su axınları və qələviləşmə nəticəsində yeraltı və içməli su çirklənə bilər. Həmçinin, mineral gübrələrin şübhə doğuran iqtisadi və ekoloji nüfuzu da bitkilərin sağlamlığına mənfi təsir göstərə bilər.
Gübrələmə və bitkinin sağlamlığı bir-biri ilə sıx əlaqəlidir. Mineral gübrələr torpağa və bitkinin sağlamlığına aşağıdakı mənfi təsirləri göstərir:
- | Azotun artıqlığı nəticəsində bitki xəstəlik və zərərvericilərə qarşı daha həssas olur. |
- | Mineral gübrələr torpaqdakı faydalı kök göbələyinin (mikoriza) aktivliyinə mənfi təsir göstərir. |
- | Azotlu gübrələrin yüksək dozalarla tətbiqi azotun rhizobia (rizobia) ilə simbiotik fəaliyyətini dayandırır. |
- | Yalnız NPK (azot, fosfor, kalium) gübrələrdən istifadə edilməsi mikroelementlətin torpaqda tükənməsilə nəticələnir. |
- | Torpaqda üzvi maddələrin tükənməsi, torpağın strukturunun deqradasiyası və quraqlığa daha yüksək həssaslığı ilə nəticələnir. |