ÖYRƏNMƏ ELEMENTİ 6
Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Kənd təsərrüfatına yararlı torpaq sahəsində yüksək məhsul almaq, əhalinin il boyu kənd təsərrüfatı məhsullarına olan tələbini ödəmək üçün, kənd təsərrüfatı bitkilərini xəstəlik törədicilərdən və zərərvericilərdən qorumaq lazımdır. Bunun üçün xəstəliyin yayılması, yoluxduğu bitkilər, xəstəliyin simptomları (əlamətləri) və zərəri haqqında, eyni zamanda zərərvericilərin həyat tərzi haqqında məlumat əldə edilməlidir.
Mübarizə tədbirləri sistemində davamlı sortlardan istifadə, aqrotexniki tədbirlərin həyata keçirilməsi və nəhayət patogenə (xəstəlik törədiciyə) və zərər verən orqanizmlərə qarşı tətbiq edilən kimyəvi preparatların istifadəsi nəzərdə tutulmalıdır.
Bu gün dünyanı narahat edən problemlərdən biri ekologiyanı çirkləndirməməklə, təmiz, sağlam məhsul istehsalıdır. Bu zaman aqrotexniki və bioloji üsullara daha çox üstünlük verilməlidir. Lakin elə xəstəlik törədicilər və zərərvericilər var ki, onlara qarşı mübarizə tədbirləri sistemində kimyəvi üsula üstünlük verilir.
Əziz şagirdlər! Siz bu təlim yarpaqlı və kökümeyvəli tərəvəz əkinlərində yayılan xəstəlik və zərərvericiləri əlamətlərinə görə tanıyacaq və onlara qarşı mübarizə tədbirlərini həyata keçirə biləcəksiniz.
Tədris nəticəsinin təsviri
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
- | ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri haqqında məlumat əldə edəcəksiniz; |
- | öyrəndiyiniz ədviyyat, bitki çayları və dərman bitkilərinin xəstəliklərini əlamətlərinə uyğun olaraq təyin edəcəksiniz; |
- | ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirlərini müəyyən edəcəkiniz; |
- | pestisidlərdən istifadə qaydaları və onlara qoyulan ekoloji tələbləri öyrənəcəksiniz; |
- | ekoloji ədviyyat, bitki çayları və dərman bitkiləri istehsalında zərərverən orqanizmlərə qarşı bioloji mübarizə tədbirləri haqqında məlumat əldə edəcək; |
- | bitki mühafizə ilə əlaqədar Avropa İttifaqında ekoloji kənd təsərrüfatının tənzimləyici normaları və İFOAM - qaydaları ilə tanış olacaqsınız. |