Yəni həşərat öz fəallığını itirir. Müsbət 350C ilə 500C temperatur arasında həşəratda müvəqqəti keyimə baş verir və temperatur 500C-dən yuxarı olduqda isə həşərat yaşaya bilmir, məhv olur. Temperatur azaldıqda həşəratın inkişafı, yüksək temperatura nisbətən ləng gedir. Əksər həşəratın yaşayışı üçün rütubət 35-75 %-dir. Normadan artıq rütubət həşərata pis təsir edir.
6.1.1. Yarpağından isifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri
Yarpağından isifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri əsasən unlu şeh, ramulyarioz, bakterioz, serkosporoz, pas və bir sıra başqa xəstəliklərlə sirayətlənir.
Unlu şeh (Eryrhe umbelliferarum - xəstəlik törədən göbələk). Xəstəlik respublikamızda geniş yayılmışdır. Kərəvizkimilər və Dalamaz fəsiləsinə daxil olan bitkilərin hamsı bu xəstəliklə sirayətlənir. Yarpaq, saplaq, gövdə və hamaşçiçəklərdə ağ örtük şəkilində əmələ gəlir. Sonra onların üzərində qara nöqtələr formalaşır. Nəticədə yoluxmuş hissə bərkiyir və asanlıqla sınır. Xəstəliyin təsirindən bitki ətrini və dadını itirir. Xəstəlik quru və isti havada, temperatur 20-30 0C olduqda daha yaxşı inkişaf edir. Xəstəliyin infeksiya mənbəyi yoluxmuş bitki qalıqlarında qışlayır.
Mübarizə tədbirləri.
- | Sahələr bitki qalıqlarından təmizlənməli, dərin şum aparılmalıdır. |
- | Məhsul toplanmasından sonra şum altına zənginləşdirilmiş fosfor-kalium gübrələri verilməlidir. |
- | Xəstəliyin ilkin əlamətləri göründükdə 1%-li kalloid kükürd məhlulu ilə işçi məhlulun məsarifi 600-800 l/ha olmaqla iki çiləmə aparılır. |
Serkosporoz (Cercosrora derrasa). Xəstəlik yarpaq, gövdə. saplaq və çiçək qrupunda ləkəlik formasında əmələ gəlir. Kərəvizdə ləkə yarpağın hər iki tərəfində, qeyri-düzgün formalı, qonur rəndədir. Cəfəri və şüyüdün yarpaq, gövdə və çiçək qrupunda ləkələr kiçik, kələkötür, sarıdan çirkli qonur rəngədək olur və bəzən ləkələr birləşir. Rütubətli havada ləkələr üzərində məxməri boz örtük inkişaf edir. Quru havada belə örtük əmələ gəlmir.
Mübarizə tədbirləri
- Torpaqaltına kalium-fosfor gübrələri verilməlidir.
Torpağın normadan artıq rütubətlənməsinə yol verilməməlidir. Bunun üçün optimal suvarma normalarına əməl edilməlidir.