ÖYRƏNMƏ ELEMENTİ 1
Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Ədviyyat, bitki çayları və dərman bitkilərinin bazarda satılan mühüm növ və sortların tanımadan, onların seçilməsinin əsas meyarlarını, bioloji-təsərrüfat xüsusiyyətlərini, bazar və yararlılıq dəyərini, tərkib hissələrini, çoxalmasını və satış kanallarını bilməyəcəksiniz.
Tədris nəticəsinin təsviri
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
- | Ədviyyat, bitki çayları və dərman bitkilərin tanıyacaqsınız; |
- | Sortları seçməyin əsas meyarlarını biləcəksiniz; |
- | Ədviyyat, bitki çayları və dərman bitkilərinin bazarda satılan mühüm növ və sortların seçə biləcəksiniz; |
- | Sortların bioloji - təsərrüfat xüsusiyyətlərini, bazar və yararlılıq dəyərini, tərkib hissələrini, çoxalmasını və satış kanallarını biləcəksiniz. |
MƏQSƏD
Bazarda satıla bilən mühüm ədviyyat, bitki çayları və dərman bitkilərini tanımaq, həmçinin sortların seçilməsinin əsas aspektlərini bilmək.
ARAŞDIR
Ədviyyat, bitki çayları və dərman bitkilərini digər bitki quruplarından fərqləndirərkən nələrə diqqət edilməlidir? Araşdırın.
Ədviyyat (lat. “species aromatacea”-yerin meyvəsi) - yeməklərə, şirniyyatlara, mürəbbələrə, içkilərə və digərlərinə xüsusi dad, ləzzət, ətir və rəng vermək üçün əlavə edilən bitkilərin təzə, qurudulmuş və üyüdülmüş müəyyən hissələridir. Bunlara bitkilərin yarpaqları, çiçəkləri, toxumlar, meyvələr, köklər, zoğlar, qabıqlar, kökümsovlar və s. aiddir (Şəkil 1.1.).