Alternarioz (Alternaria brassicae). Xəstəlik toxumların yetişməsi və toplanması zamanı hava şəraiti rütubətli keçdikdə güclü inkişaf edir. belə toxumlar cücərmə qabiliyyətlərini itirirlər. Bitkinin yarpaqlarının alt tərəfinində tünd iri dairəvi zolaqlı ləkələr əmələ gəlir. Infeksiya mənbəyi bitki qalıqları və toxumlardır.
Mübarizə tədbirləri
- | Toxumluq sahə bitki qalıqlarından təmizlənməlirir. |
- | Çiçəkləmə fazasından məhsul toplanmasına qədər 1%-li bordo mayesi ilə çilənməli (600 l/ha), toxumlar döyüldükdən sonra fentiuram 2-3 q/kq hesabı ilə quru üsulla dərmanlanmalıdır. Skor preparatı (0,3-0,5 l/ha) ilə çilənməlidir (istifadə edilən yeganə funqisid). |
6.1.2. Kökündən isifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri
Askoxitoz (Ascochyta betae). Rütubət çox olan rayonlarda yayılmışdır. Zəifləmiş bitkilərun xəstəliyidir. Əsasən yarpaqlar sirayətlənirlər. Sirayətlənmiş orqanlar üzərində yaşıl, lakin tədricən qonurlaşan dairəvi ləkələr əmələ gəlir.
Mübarizə tədbirləri
- Dərin şum aparılmalıdır.
- Növbəli əkinə əməl edilməlidir.
- Toxumlar dərmanlanmalıdır.
Fommoz və ya yarpaqlarda zonal ləkəlik (Phoma betae). Xəstəlik bitkinin müxtəlif orqanlarını sirayətləndirir və müxtəlif formada özünü büruzə verir: cücərtilərdə kökyeyən, yarpaqlarda zonal ləkəlik, kökmeyvələrdə özək çürüməsi.
Aşağı yarusun qoca yarpaqlarında əvvəlcə kiçik, 3-4 millimetr diametrli dairəvi qonurtəhər ləkə əmələ gəlir. Bu ləkə getdikcə böyüyərək 1-2 santimetr ölçüyə çatlr. Kökmeyvələrdə xəstəlik əssən kəsik zamanı müşahidə olunur. Yoluxmuş toxuma qara və bərk olur. Qaralma kökmeyvənin başcığından başlayır və onun əsasına doğru yayılır. Mübarizə askoxitozda olduğu kimidir.
Yadda saxla! -Torpaqda bor çatışmadıqda kökmeyvələr fommozla daha güclü yoluxurlar.