Ağ çürümə (Whetrezelina sclerotiorum). Xəstəlik bütün kərəviz fəsiləsi bitkilərində, xüsusilə cəfəri və kərəvizin kökmeyvələrində əmələ gəlir. Sirayətlənmiş orqanlar üzərində ağ örtük formalaşır. İnkubasiya müddəti 7-10 gündür.
Mübarizə tədbirləri
- | Növbəli əkinə əməl edilməlidir. Ən yaxşı sələf dənli taxıllardır. |
- | Kök və digər kərəviz fəsiləsi bitkiləri yüngül, qumsal və su keçirmə qabiliyyəti yaxşı olan torpaqlarda becərilməlidir. |
- | Sələf bitkiləri altına peyin verilməlidir. |
- | Bitki qalıqları sahədən toplanmalı və sahə dərin şum aparılmalıdır. |
- | Saxlanma rejminə əməl edilməli, saxlanma anbarında temperatur 0-2 0C, rütubət 80-85 % olmalıdır. |
Bakteriyalı yaş çürümə (Erwinia carotovora). Cəfəri, kərəviz və başqa bitkilər yoluxurlar. Xəstəliyin ilk əlamətləri tarlada müşahidə olunur. Köklərin aşağı hissəsində suluqlu ləkələr əmələ gəlir və sonra büzüşürlər. Saxlanma zamanı bərkliyi itir, pis iyli ,çürüyən kütləyə çevrilir.
Mübarizə tədbirləri
- Saxlanmaya qoymazdan əvvəl sirayətlənmiş kökümeyvələr çıxdaş edilməlidir.
- Saxlanma anmarları dezinfeksiya edilməlidir.
- Saxlanma rejminə nəzarət edilməlidir.
6.2. Yarpağından və kökündən isifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas zərərvericiləri
Çətirçiçəkli güvəsi (Depressaria depressana). Kərəviz fəsiləsi bitkilərini zədələyir. May ayının sonu, iyunun əvvəllərində puplardan uçan kəpənəklər yumurtalarını ilk öncə bitkinin, qönçə əmələ gəldikdən sonra isə qönçənin üzərinə qoyur. Yumurtalardan 3-5 gündən sonra kiçik tırtıllar çıxır və dərhal qidalanmağa başlayır. Kiçik yaşlı tırtıllar cavan yarpaqlar, qönçələr, çiçəklər və meyvə başlanğıcları ilə qidalanaraq onları zədələyir. Nəticədə bu orqanlar quruyaraq tökülür
Mübarizə tədbirləri