- | Aqrotexniki tədbirlər həyata keçirilməlidir (dərin dondurma şumu, don suyu, sahənin bitki qalıqlarından təmizlənməsi). |
- | Növbəli əkinə əməl edilməlidir. |
- | Zərərvericilərin kütləvi çoxalması zamanı kimyəvi mübarizə aparılmalıdır. Torpaqda tırtılları məhv etmək üçün yazda, yaxud payızda şum altına fosforüzvülü birləşməli preparatlardan istifadə edərək çiləmə həyata keçirilməlidir (Dursban 2,4-2,5 l/ha). |
Şıqqıldaq böcəklər (Elateridae) - kənd təsərrüfatı bitkiləri üçün şıqqıldaq böcəklərin yetkin fərdləri qorxulu deyil. Ancaq onların torpaqda yaşayan məftilqurdu adlanan sürfələri müxtəlif bitkilərin toxum və cücərtilərinə, kök sisteminə böyük zərər vurur. Onlar nəinki bitkinin kök sistemini, hətta səpilmiş toxumları belə tamamilə yeyir. Meyvəköklülərdə sürfə meyvəköklərin içərisinə girir. Meyvəköklərin daxilinə girən sürfələrin açdığı yolla xəstəlik törədicilər daxil olaraq, meyvələri çürüdür və onları uzun müddətə saxlamaq olmur.
Mübarizə təbdbirləri.
- | Torpaq diqqətlə becərilməlidir. Dərin dondurma şumu aparılmalıdır. Şum zamanı kiçik yaşlı sürfələr və pupların bir qismi mexaniki əzilmə nəticəsində məhv olur və zərərvericilərin sayını xeyli azaldır. |
- | Şum altına Aktara və ya Bazudin preparatı vermək lazımdır. |
- | Bitkinin inkişafını sürətləndirmək üçün üzvi və mineral gübrələr verilməlidir. |
- | Səpin üçün ayrılan toxum dərmanlanmalıdır. |
6.3. Ekoloji tərəvəz istehsalında zərərvuran orqanizmlərə qarşı bioloji mübarizə tədbirləri: fitonsidlər, biopreparatlar, fitofaqla
Bioloji mübarizə üsulu digər mübarizə üsulu ilə müqayisə edilərsə, onun üstün cəhətləri vardır. Belə ki, bu mübarizənin tətbiqi ucuz başa çatır, insan, heyvanlar və bitkilər üçün zərərsizdir, atmosferi çirkləndirmir. Bioloji mübarizədə əksər hallarda zərərverici hələ bitkini zədələnməsindən əvvəl onu məhv edir. Bioloji mübarizə canlılar arasında gedən mübarizəyə əsaslanır, daha doğrusu, bu mübarizədə bir canlının digər canlıya qarşı tətbiqi nəzərdə tutulur.