ÖYRƏNMƏ ELEMENTİ 7
Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Son illər bitkiçilik məhsulları, xüsusilə ədviyyat, bitki çayları və dərman bitkiləri istehsal yerindən (becərildiyi yerdən) bazara çıxarılana qədər keyfiyyətini və əmtəə görnüşünü itirməklə, sərfəli qiymətə satıla bilmir. Bunun da əsas səbəbi məhsulun qablaşdırma, çeşidlənmə və saxlanmasının düzgün təşkil edilməməsidir.
Öyrəndiyiniz ədviyyat, bitki çayları və dərman bitkilərinin tərkib xüsusiyyətləri müxtəlifdir və bunlardan asılı olaraq bəziləri uzun müddətdə, bəziləri isə qısa müddətdə saxlanılaraq tez xarab olub sıradan çıxır. Odur ki, ədviyyat, bitki çayları və dərman bitkilərinin düzgün saxlanılması onun keyfiyyətli qalmasının əsas şərti olduğundan, öyrənilməsi birinci dərəcəli əhəmiyyətə malikdir. Məhsulun yaxşı saxlanmasının əsas şərti isə məhsulun düzgün yığılması, sortlaşdırılması və qablaşdırılmasıdır. Yığım vaxtının düzgün müəyyən edilməsi, məhsulun keyfiyyətli yığılmasına səbəb olur. Yığımdan sonra məhsul keyfiyyətindən asılı olaraq çeşidlənir. Standartların tələbinə müvafiq olaraq ədviyyat, bitki çayları və dərman bitkiləri əmtəə emalından keçirilir. Onların keyfiyyətli halda istehlakçıya çatdırılmasında tara və qablaşdırma materialları xüsusi əhəmiyyətə malikdir. Qablaşdırma zamanı taradan istifadə daşınmanı asanlaşdırır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin düzgün saxlanmasını təmin etmək üçün saxlayıcıları düzgün seçmək və nizamlamaq lazımdır.
Əziz şagirdlər! Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin yığılması, qablaşdırılması, saxlanması qaydaları haqqında məlumat əldə edəcək, emalı üsullarını və satış kanallarını mənimsəyəcəksiniz..
Tədris nəticəsinin təsviri
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
- | Ədviyyat, bitki çayları və dərman bitkilərinin yığım vaxtı və üsulları haqqında məlumat əldə edəcəkiniz; |
- | Yığımdan sonra məhsulu keyfiyyətindən asılı olaraq çeşidləyə biləcəksiniz; |
- | Ədviyyat, bitki çayları və dərman bitkilərinin əmtəə göstəricilərini təyin edə biləcəksiniz; |
- | Ədviyyat, bitki çayları və dərman bitkilərinin qablaşdırılmasında istifadə edilən taraları düzgün seçəcəksiniz; |