7.2. Məhsulun əmtəə üçün hazırlanması və sortlaşdırılması
Yığımdan sonra məhsul keyfiyyətindən asılı olaraq çeşidlənir. Eyni keyfiyyətli ədviyyat, bitki çayları və dərman bitkilərini standartın tələbinə uyğun olaraq formalaşdırırlar. MDB-də standartların təsnifatının vahid sistemi qəbul edilmişdir. Bu sistemə əsasən, kənd təsərrüfatı məhsulları C bölməsinə aid edilir. Bu bölmə daxilində C4 sinfinə tərəvəz bitkiləri aiddir.
Standartların tələbinə müvafiq olaraq ədviyyat, bitki çayları və dərman bitkilərini əmtəə emalından keçirirlər. Emaldan keçirilmiş məhsuldan keyfiyyətcə eynicinsli partiyalar düzəldilir və həmin məhsullar müvafiq optimal şəraitdə saxlanılır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin əmtəə emalı tədarük məntəqələrində tərəvəzçilik təsərrüfatlarında, meyvə-tərəvəz ticarəti bazalarında, soyuducu kameralarda və həmçinin satışqabağı pərakəndə ticarət müəssisələrində aparılır. Ədviyyat, bitki çayları və dərman bitkilərinin əmtəə emalı onların keyfiyyətinə və ölçüsünə görə çeşidlənməsindən, qablaşdırılmasından ibarətdir. Satışa hazırladıqda əlavə olaraq ədviyyat, bitki çayları və dərman bitkilərini çəkib-bükür və yuyurlar.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas əmtəə göstəricilərinə onların xarici görünüşü (forması, rəngi, təzəliyi, yetişməsi, səthinin vəziyyəti), iriliyi (ölçüsü və ya kütləsi), yol verilən qüsurları (zədələnmənin növü və dərəcəsi) və xəstəlikləri (bakterial, göbələk, fizioloji), həmçinin emalın xarakteri aid edilir. Ümumi göstəricilərlə yanaşı, bir çox ədviyyat, bitki çayları və dərman bitkiləri məhsulları üçün xüsusi göstəricilər də nəzərə alınır.
Forma -tərəvəzin sort əlamətlərindən asılı olaraq, onların botaniki sortunun müəyyənləşdirilməsinə imkan verir. Ədviyyat, bitki çayları və dərman bitkilərinin forması müvafiq botaniki sort üçün tipik olmalıdır. Forması düzgün olmayanların əmtəə keyfiyyəti aşağı hesab edilir, onlar daşınma və saxlanılmağa yaramır.
Rəng - ədviyyat, bitki çayları və dərman bitkilərinin sortuna müvafiq, normal və yığılma yetişkənliyi dövrü üçün tipik olmalıdır.
Təzəlik - ədviyyat, bitki çayları və dərman bitkilərinin kimyəvi tərkibi, suyun normallığı, toxumların vəziyyəti ilə bağlıdır. Bəzi ədviyyat, bitki çayları və dərman bitkiləri üçün bürüşmüş məhsulun miqdarı standart üzrə normalaşdırılır. Səthinin vəziyyəti (quru, təmiz) bir çox ədviyyat, bitki çayları və dərman bitkiləri üçün nəzərə alınan göstəricidir. Ədviyyat, bitki çayları və dərman bitkilərinin səthində su damlalarının olması fitopatogen mikroorqanizmlərin inkişafını asanlaşdırır. Ona görə də ədviyyat, bitki çayları və dərman bitkilərinin səthi quru olmalıdır. Onlar üçün səthin təmiz olması da nəzərə alınır.
Daxili quruluş - keyfiyyət göstəricisi kimi başqa ədviyyat, bitki çayları və dərman bitkilərinin sortlaşdırılması zamanı nəzərə alınır. Daxili quruluş