Belə ki, Qədim Yunanıstanda ədviyyatları “xoşətirli otlar”, Romada isə “acı, kəskin və xoş iyli” bitkilər adlandırırdılar. Bu və ya digər ədviyyat bitkilərinə verilən qiymət onların xoş tama malik keyfiyyətləri ilə xarakterizə olunurdu. Orta əsrlərdə ədviyyata olan təlabat getdikcə artaraq, bütün Avropa dövlətlərini əhatə etmişdir. Avropa xalqları ədviyyat bitkilərini ümumi adla “Specilis” adlandıraraq, ona hörmətlə yanaşır və keyfiyyətlərinə görə yüksək qiymətləndirirlər. Lakin ədviyyatların bu adla adlandırılması onların əsas xüsusiyyətlərini müəyyən etməkdə çətinliklər törədirdi. Bu ad ancaq onların yüksək xassəyə malik olmalarını müəyyən edirdi. Orta əsrlərdə ədviyyat sözünün latınca “Species” adlandırılması Qərbi və Cənubi Avropa xalqlarına məxsus milli adlarla adlandırılmasına zəmin yaratdı. Bu adlar arasında bir neçə fərqin olmasına buxmayaraq, onların xoş ətirli, kəskintamlı və acımtıl xüsusiyyətlərinə görə dünya xalqları meyvə, çiçək, yarpaq, kök, kökümsovlarından hazırlanan poroşoklara görə ad verdilər.
Rusiyada ilk dəfə ədviyyat kimi istiotdan (bibərdən) istifadə olunmuşdur. Rusiyada ədviyyat «pryanik», «şirin qoğal» sözlərindən yaranmağa başlamışdır. Bu dövrlərdə pryanik üçün hazırlanan xəmirin tərkıbində 7-8 növ ədviyyat qatılırdı. Hər bir ədviyyata verilən ad onun tərkıbinə daxil olan maddələrin hansı xüsusiyyətlərə malik olmasına və hansı xalq tərəfındən birinci dəfə istifadə olunduğu əsas götrülərək verilirdi. Hər yerdə ədviyyatların ətirli iyi və yandırıcı xüsusiyyətləri (turş, şirin, duzlu, ətirli, acımtıl və yaxud onların qarışığı) onların tərkibinə daxil edilən ədviyyatın keyfıyyətındən və miqdarından asılı olur.
1.2. Ədviyyat, bitki çayları və dərman bitkilərinin bazar və faydalılıq dəyəri
Tipik satıcı ilə tipik alıcı arasında sövdələşmə zamanı razılaşdırılması daha çox ehtimal olunan bazar dəyəridir. Bu anlayış bazar dəyərinin konkret tarixdə bazarda yaranan vəziyyət əsasında hesablanması və bazar şəraiti dəyişdikdə bazar dəyərinin də dəyişəcəyi faktını əks etdirir. Alıcıya və satıcıya kənardan heç bir təsir göstərilmir, lakin qiymətləndirici tərəfindən hər iki tərəf satılan məhsulun mahiyyəti və xüsusiyyətləri barədə kifayət qədər məlumatlandırılır.
Beynəlxalq Qiymətləndirmə Standartlarına görə bazar dəyəri dedikdə, adekvat marketinq tədqiqatı keçirildikdən sonra könüllü alıcı ilə könüllü satıcı arasında bağlanılan kommersiya sazişi nəticəsində məhsulun əldən-ələ keçməsi üçün razılaşdırıla bilən hesablama kəmiyyəti başa düşülür.
Nadir hallarda bazar dəyəri mənfi kəmiyyətlə (qalıq və ya inventar dəyərinə nisbətdə) ifadə oluna bilər. Məsələn, köhnəlmiş məhsulun, çıxdaş olunması üçün tələb olunan xərclərin onun maya dəyərindən yüksək olduğu halda, yaxud ekoloji baxımdan keyfiyyətsiz qiymətləndirilərkən belə vəziyyət yarana bilər. Bazar iqtisadiyyatı ölkələrində məhsulla aparılan əməliyyatlar zamanı əsasən bazar qiymətindən, yəni bazarda tələb və təklifin səviyyəsini nəzərə alan cari qiymətlərdən istifadə edilir.
Bazar dəyəri tarixən iqtisadçılar və ümumən ictimaiyyət tərəfindən qəbul edilmiş reallıqdır. Lakin, zaman və məkan şəraitindən, qiymətləndirmənin məqsədindən, habelə istehsal təklifi və istehlak tələbindən, məhsulun növündən və istehlak xassəsindən asılı olaraq, bu dəyərin dəqiq müəyyənləşdirilməsi məsələləri həmişə böyük maraq doğurmuşdur. Şübhəsiz ki, burada ehtimallar, inandırıcı və məhdudlaşdırıcı amillər demək olar ki, rol oynamır.