Küncüt - Sesamum
Çətiryarpaq - Asperula
Gəndəlaş - Sambucus
Valerianaceae
Pişikotu - Valeriana
Asteraceae
Boymadərən - Achillea
Ögeyana (Dəvədabanı) - Tussilago
Andız - İnula
Sabahgülü - Tagetes
Sarıçiçək - Carthamus
Yovşan - Artemisia
Tərxun - A.dracunculus
1.7. | Ədviyyat, bitki çayları və dərman bitkilərinin bazarda satılan mühüm növ və sortlarının bioloji- təsərrüfat xüsusiyyətləri |
1.7.1. | Tərxun |
Tərxun - çox qədim tərəvəz, ədviyyə və dərman bitkisidir. Tərxun bir çox ölkələrdə ədviyyə bitkisi kimi əkilir. Tər, sulu yarpaqlı zoğlarında 5,6% azotlu maddələr, 1,2% yağ, 9,46% azotsuz ekstraktiv maddələr, 2,26% sellüloza, 2,55% kül, 6,3% pektin və s. vardır. Tərxuna ətri efir yağı verir ki, onun miqdarı 0,1-0,4% təşkil edir. Ən keyfiyyətli ətirli tərxun yerli Gəncə təxunudur ki, onad efir yağının miqdarı 1%, C vitamini 70 mq%, karotin 6-8 mq%, rutin 170 mq%-dən çoxdur. Tərxunun tərkibində üzvi turşular və mineral maddələr, aşı, acı qlükozidlər,
qatran, karotinoid, flavonoid birləşmələri, xlorofıl və s. maddələr də vardır.
Tərxundan müqavimətartırıcı, iştahaçıcı, həzmi yaxşılaşdırıcı kimi istifadə olunur. Xalq təbabətində tərxundan hazırlanan cövhərdən damarların divarlarının möhkəmləndirilməsində, diş qanaxmalarında və s. istifadə olunur. Bitkidən alınan şirə qanaxmaya qarşı, xroniki mədə xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Bitkinin yaşıl hissəsindən alınan efir yağından tərxun sirkəsi, ədviyyə məhsulları və s. hazırlanır. Tərxun yaşıl tərəvəz və ədviyyə kimi müxtəlif yeməklərə qatılır, təzə halda yeyilir. Göbələk, kələm, xiyar və müxtəlif şorabaların bağlanmasında ədviyyə qatqısı kimi əlavə olunmaqla yanaşı, onları vitaminlərlə də zənginləşdirir. İştah gətiricı kimi soyuq xörəklərə - salat və qəlyanaltılara əlavə olunur. Təzə və qurudulmuş yarpaqlarından sousları, ət və balıq xörəklərini tamlı və dadlı etmək üçün istifadə edilir.