Tərxun qənnadı sənayesində də işlədilir, ondan yaşıl rəngli yağ, limonad və s. hazırlanır.
Tərxun bitkisinin bir neçə yabanı növü vardır. Tərxunun əsasən xalq seleksiyası sortları becərilir. Azərbaycan, Gürcüstan, Rus tərxunu qismən geniş yayılıb artırılır. Qribovski 31 sortu rayonlaşdırılmışdır.
Fransız sortu da becərilməkdədir. Azərbaycanda “Gəncə tərxunu” məşhurdur. Bu sortu Gəncə ərazisində xalq yaratmışdır. Sort üzərində (1955-1970) M.H.Əlizadə yaxşılaşdırma işi apararaq onu Gəncə və Gəncə ətrafındakı həvəskar dirrikçilər arasında yay-mışdır. Gəncə tərxununun təzə halda yeyilən cavan zoğları olduqca zərif, şirəli, ətirli, xoşagələn tamlı (dadlı), yarpaqları və zoğları bozumtul-tünd-yaşıl rənglidir. Tərkibində quru maddə 18-20 %-ə, efir yağı 0,7-0,8 %-ə və ümumi şəkəri 0,8 %-ə çatır. Yığcam kolu olub, hündürlüyü 100-120 sm-ə çatır, çiçəkləyir, seyrək hallarda toxum yetişdirə bilir. Əkildiyi ildən sonra ikinci ildən altıncı ilədək yüksək və keyfiyyətli məhsul verir. Eyni sahədə 10-15 ilədək yaşayır. Hər vegtasiya dövründə 6-8 dəfə məhsulu toplanır və orta hesabla hektardan məhsuldarlığı 180-250 sentnerə çatır. Gəncə- Qazax bölgəsində açıq sahələrdə martın əvvəlindən iyun ayınadək keyfiyyətli məhsul yetişdirir. İyun ayından sonra zoğları nazikləşir, qabalaşır, yarpaqları xırdalaşır. Sentyabr, oktyabr aylarında kök boğazından yeməli pöhrə verir.
Qribovski 31 sortu - ÜET Tərəvəz Biktilərinin Seleksiyası və Toxumçuluğu İnstitutunda İngiltərə nümunəsindən seçilərək yaradılmışdır. Zoğları açıq-yaşıl, ətli, şirəli, çiçəklədiyi dövrdə qabırğalı, antosian piqmenti olur və tezliklə odunlaşmağa başlayır. Yarpaqları lansetvarı, seyrək hallarda üçpəncəli, yaşıl rəngli, parıltılıdır. Ortadakı zoğlarının uzunluğu 8-13 sm, eni 0,8-1,5 sm; yan zoğlarının ölçüləri nisbətən kiçik olur, yazda vegetasiyaya tez başlayır və payızda sükunət fazasına tez keçir. Bitkisinin hündürlüyü 100-135 sm olur. Təzə halda salat kimi və konservlərə əlavə etmək üçün istifadə edilir.
Yaşıl yarpağında və gövdəsində C, B1, B2, PP, P vitaminləri, karotin, flavonoid kompleksləri, çoxlu miqdarda kalium, kalsium, fosfor və dəmir duzları vardır. Yaşıl kütlədə azotlu maddələr 3,48%, yağ 0,88%, azotsuz ekstrakttiv maddələr 7,30%, seIlüloza 2,08%, kül 2,42% təşkil edir. Şüyüdün toxumunda efir yağının miqdarı 3-5,6%-dir. Şüyüd kəskin ədviyyə xüsusiyyətli, xoş tama malikdir. İstifadə dairəsi çox geniş olub, ondan mədəbağırsaq pozğunluğuna, qarın köpməsinə qarşı, bəlğəmgətirici dərman kimi geniş istifadə edilir.
Xalq təbabətində toxumlarından sidikqovucu, ödqovucu, qıcıqlandırıcı, işlətmə vasitəsi kimi istifadə edilir. Hazırlanan cövhəri hipertoniya xəstəliyində işlədilir.