Reyhanın quru yarpaqlarında 16,5% azotlu maddə, 4,75% yağ, 12,5% sellüloza, 8,7 mq% karotin, 150 mq% rutin, 6% aşı maddəsi, vitaminlər, üzvi turşular, qatran, boyaq maddələri, qlükozidlər, şəkərli maddələr və s. vardır. Reyhanın çiçəklərində 0,3-1,5%, yaşıl yarpaqlarında isə 0,04-0,50% efir yağı vardır. Toxumların tərkibində 12-19% piyəbənzər yağ maddəsi tapılmışdır.
Reyhanda olan boya maddələri - xlorofil, flavonlar, karotin tibbi cəhətdən çox faydalıdır. Bu maddələr qanazlığına, mədə-bağırsaq və avitaminoz xəstəliklərinə müalicəvi təsir göstərir. Reyhan qida ilə qəbul olunduqda mədənin fəaliyyətini artırır, orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır. Qanın tərkib hissələrini normal vəziyyətdə saxlayır, böyrək və sidik yollarının iltihabını aradan qaldırır. Reyhan qarın köpməsinə, mədə və sidik kisəsi ağrılarına, qıcolmaya, mədə soyuqdəymələrinin xroniki proseslərinə, boğaz ağrılarına da müalicəvi təsir göstərir. Reyhanın tərkibində olan kamfora maddəsində tibbdə yorğunluq nəticəsində əmələ gələn əsəb sarsıntılarında, qan dövranı pozğunluqlarında, tənginəfəslikdə, ümumi zəiflikdə, ürək-damar, qızdırma, soyuqdəymə, sancılar və s. xəstəliklərin müalicəsində istifadə olunur.
Geniş istifadə dairəsinə malik olan ətirli reyhan təzə halda da istifadə olunmaqla bərabər
ətirlərin alınmasında, konserv sənayesində, müxtəlif xörəklərin, salatların, ətirli şirə, şərbət və
şərabların hazırlanmasında istifadə olunur. Azərbaycan qədim zamanlardan reyhan toxumu,
şəkər və limon qatmaqla məşhur "baləng" şərbəti hazırlayır, bayram və hüzür mərasimlərində
stola verirlər. Bitki efirli yağ, aşı və şəkərli maddələrlə bərabər üzvi turşular, vitaminlər, mineral
maddələrlə zəngin olmaqla, onun efir yağı antiseptiki xassəyə malikdir. Bu xüsusiyyətə görə ət,
digər yemək məhsullarının saxlanmasında ondan konservləşdirici kimi istifadə edilir. Tərəvəz
xörəklərinə - noxud, lobya, pomidor, kərəviz, mərzə və s. ətir, dad vermək və vitaminlərlə
zənginləşdirmək üçün reyhandan qatqı kimi istifadə edilir. Reyhan yayda hazırlanan bir çox
xörəklərin sup, dovğa və s. tamlı və ləzzətli yeyilməsi üçün əlavə qatqı kimi də istifadə edilir.
Efir yagından alınan evgenoldan xoş ətirli maddə kimi ətriyyat və yeyinti sənayesində geniş
istifadə edilir. EfgenoI dezinfeksiyaedici vasitə kimi dişin dibindən gələn xoşagəlməz qoxuları
yox etmək üçün də işlədilir.
1.1.1. Nanə
Ətirli ədviyyəli bitki kimi 3 növündən istifadə edilir: dağ nanəsi, sünbülvari nanə, bağ nanəsi və ya ətirli nanə. Nanənin çiçək hissəsində 1,54-4,6%, yarpağında 0,74-2,02%, gövdəsində 0,10-0,24% efir yağı vardır. Yarpaqlarının tərkibində 50-80 mq% efir yağı vardır. Qurudulmuş nanədən 0,60-2 % qədər efır yağı alınır. 1 hektar sahədən 70-150 sentiner yaşıl xammal kütləsi alınır ki, bundan da 50-150 kq efır yağı əldə edilir. Bitki üzvi turşular, vitaminlər, aşı maddələri ilə çox zəngindir.