Mərzə kolbasa məmulatlarına, duru xörəklərə, balıq, ət, yumurta, kartof, bir çox tərəvəz və s. xörəklərə əvəz edilməz qatqı kimi əlavə edilir. Bunlardan müxtəlif salatlar və souslar da hazırlanır. Mərzədən çay konsentratlarının, spirtsiz sərinləşdiricilərin, şərbətlərin hazırlanmasında və eləcə də pomidor, kələm, xiyar konservlərində əlavə qatqı kimi istifadə olunur. Qurudulmuş mərzə pendir məhsullarının istehsalında da tətbiq edilir.
1.1.1. Razyana
Dünyada 2 növü məlumdür ki, Azərbaycanda onun adi razyana növü becərilir. Bitki kimyəvi tərkibcə meyvə ilə birlikdə 8-12 % yağ, 1,5% efir yağı, 3,5 % şəkər, 10-14% nişasta, 14-17% zülal olmaqla bərabər tərkibində aşı maddələr, alma və kəhrəba turşuları, mineral maddələr, vitaıninlərlə də zəngindir. Xalq tərəfindən istər bitkisindən. İstərsədə toxumundan geniş istifadə olunur.
Razyananın cavan budaq yarpaq, gövdə, kök və meyvələrindən hazırlanan ədviyyənin efir yağının tərkibi bioloji aktiv maddələrlə zəngindir. Meyvədən dəmləmə şəklində tənəffüs yollarının iltihabında yumşaldıcı, həzm prosesinin yaxşılaşdırılması, köp yatırmaq üçün istifadə olunur. Elmi təbabətdə razyana meyvəsindən soyuqdəymə nəticəsində baş verən xəsəliklərdə öskürək dərmanı kimi, mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran bir vasitə kimi istifadə olunur. Eləcə də razyana meyvəsi dəmləmə və bişirmə formasında öd kisəsi iltihabında və böyrək xəstəliklərində qəbul edilir. Xalq təbabətində razaynanı çay kimi dəmləyib uşaqlarda baş verən qarın ağrılarında ağrıkəsən və köpmənin qarşısın alan dərman kimi işlədirlər. Razyana bitkisnin qurusundan müxtəlif xörəklərdə istifadə edirlər. Bunlardan başqa onlardan xiyar, kələm, pomidor, şorba, ətirliçay, qənnadı, ətriyayyat, kosmetikada, əczaçılıq və sabunbişirmə sənayesində qatqı kimi istifadə olunur. Müxtəlif sərinləşdirici içkilərə və şirin şərbətlərə xoş ətir vermək üçün də əlavə edilir.
1.1.2. Cirhavuc
Quru maddənin miqdarı yarpaqlardı 13-17,6 %, kök meyvəsində 16,8-33,3 %-dir. Şəkər ən çox kökdə 10,6% çatır. Kül yarpaqda daha çox 2,3-3,0%, kök meyvəsində 0,7-1,5% təşkil edir. Vitaminlərlə zəngin olmaqla C vitamini yarpaqda 20-100 mq%, kök meyvəsində isə 5-28 mq% olur. Karotin miqdarı yarpaqda 13 mq% çatır. Efir yağının miqdarı 0,3-0,45, kök meyvəsində 0,35-0,4%, toxumunda isə 1,5-2,5% və daha çox olur. Bu bitki həm də pektin maddəsi ilə zəngindir.