Meyvəsinin tərkibində çoxlu miqdarda şəkərlər, kül, sulu karbonlar və s. maddələr var. Havucun tərkibində olan kalium orqanizmdə su və qan döranının nizamlanmasında böyük rol oynayır. Havuc cövhəri həzm sisteminin nomal işləməsinə və əsəb sisteminin sakitləşməsinə təsir edir.
Ədviyyatından kartof və tərəvəzdən hazırlanan xörəklərin tərkibinə qatqı kim əlavə olunur. Eləcə də tərəvəzlərin konservləşdirilməsində, xiyarın duza və sirkəyə qoyulmasında ədviyyə tərəvəzi kimi işlədilir. Havucdan hazırlanan ədviyyət iştahgətirici və həzmedici xüsusiyyətlərə malikdir. Bundan əlavə bitki bakterisid xassəli olmaqda müxtəlif xörəklərin, salatların hazırlanmasında, konservlərin hazırlanmasında ədviyyə kimi geniş istifadə edilir.
1.1.3. Kəklikotu
Dünyada 400 qədər növü vardır ki, onun da Azərbaycanda 20-dən artıq növünə rast gəlinir. Bitki çiçəkləmə dövründə efir yağı ilə daha zəngin olur. Tərkibində 1-1,7% efir yağı olur. Bunun da 42%-nİ tumol birləşmələri təşkil edir. Efir yağının tərkibində 1,3 % timol və karvkrol maddəsi vardır. Timol maddəsindən bir çox preparatlar hazırlanır. Bir çox hallarda timol birləşməlarindən daxaili ishalda, qarın köpmələrində, qıcqırma əleyhinə və eləcə də
ağız, burun, qida borusunun dezinfeksiya olunmasında istifadə edilir. Kəklik otunun tərkibində olan timol maddəsi ürək-damar, böyrək, qaraciyər. Mədə-bağırsaq xəstəliklərinə həmçinin hamilə qadınlara pis təsir edir, odur ki, kəklikotundan istifadə edənlər bunları nəzərə almalıdırlar. Təbabətdə tənəffüs yolarının iltihabında, ağrıların kəsilməsində, dezinfeksiyaedici, qurd salıcı dərman kimi geniş istifadə edilir. Kəklikotunun təzə və qurudulmuş yarpağı ilə gülxətminin, cövhəri nəfəsyolları xəstəliklərində, göy öskürəkdə, həzmin nizama salınmasında, əsəb sisteminin sakitlədirilməsinda, revmatizm və oynaq ağrılarında, böyrək sancmalarında, öd kisəsi yolları xəstəliklərində geniş istifadə edilir.
Tərəvəz, ət və balıqdan hazırlanan xörəklərində işlədilir. Yarpaq və zoğları salata qatılır. Ondan kolbasaya, sirkəyə, kokteyl və çaya ətir vermək üçün də istifadə olunur. Kəklikotu qatılan xörəklər iştahanı artırır. Həzmi yaxşılaşdırır. Yarpağından alınan kəklikotu arağından konserv və araq-likör sənayeində istifadə edilir. Ətirli şərab və şirə hazırlamaq üçün kəklikotu gözəl xammaldır. Kəklikotunu qurudub, narın döydükdən sonra ədviyyə kimi şorabaya, xəmirə, qızardılmış ətə səpmək olar. Ev şəraitində pendir hazırladıqda məhsulun uzun müddət qalması üçün onun tərkibinə kəklikotu tozu qatqı kimi əlavə edilir. Xalqımız hələ qədim zamanlardan başlamış bu günə qədər onun çayını dəmləyib ətirli çay və soyuqdəymədə tərlədici vasitə kimi geniş istifadə edir.
1.1.4. Yarpız