1.1.5. Xardal
Xardal çox qədim ədviyyə bitkilərindəndir. Xardalın tərkibində növündən asılı olaraq 7,2-7,6 % su, 27,6-29,1 % azotlu maddə. 32,5-50,6 % yağ. 0,85-0,90 % efir yağı. 20-29 % azotsuz ekstraklı maddələr, 5-5,7% mineral maddələr. 0,62 % siniqrin qlükozitləri vardır. Birləşmələrdən asılı olaraq quru maddə 23-32 %. zülal 4,5 %. sulu karbonlar 9,6 % olur.
Xardal dərman bitkisi kimi sinqa və soyuqdəymə xəstəliklərinə qarşı işlədilir. 2 %-li xardal cövhərində soyuqdəymədə qızışdırıcı sürtgü kimi istifadə edilir. Bundan başqa onun spirtli məhlulu revmatizm, plevrit, pinevmoniya, radikulit, hipertoniyanın, əsəb, böyrək, sidik yolları, öd kisəsi xəstəliklərinin müalicəsində istifadə olunur. Xardal iştah açandır. Ondan ətli xörəklərdə və konservlərdə dadverici kimi istifadə edilir. Pomidor və xiyar meyvələrinin duza qoyulmasında işlədilir. Xardalın kökümsov
gövdələri dadverici kimi suplara tökülür Kolbasa və sasiska istehsalında istifadə olunur. Xardaldan (qorçitsa) xardal tozu hazırlanır ki, bu da həm xəşil şəkilində sosiskaya bulanıb yeyilir, supa və borşa əlavə edilir. Müəyyən edilmişdir ki, xardalın körpə zoğları və körpə yarpaqları da ədviyyə kimi istifadə edilə bilər. Bu halda onları salata doğramaq və suplara tökmək. tərəvəzi duzu qoyarkən istifadə etmək habelə zoğların özünü duza qoyub sonra salatlarda istifadə etmək olar.
1.1.6. Zəfəran