Yağışdan sonra bu bitkinin verdiyi xoş ətirli efırlər insana yaxşı təsir edir və əsəb sistemini sakitləşdirir. Təbabətdə əsəb və ürək xəstəliklərinin müalicəsində dəfnə bikisindən əldə olunan efirli yağlardan müvəffəqiyyətlə istifadə olunur.
Hazırda dəfnə ağacı, hər şeydən əvvəl, ədviyyat sayılan yarpaqlarına görə yetişdirilir. Dəfnə yarpağının qiyməti onun tərkibində olan, yarpaqlara gözəl qoxu verən və qidanın dadını yaxşılaşdıran efir yağındadır. Dəfnə yarpağı konserv istehsalında geniş sürətdə istifadə olunur. Bu yarpaq ətirli maddə kimi müxtəlif sahələrdə tətbiq edilir. yarpaqlarından hazırlanan ədviyyat həzmi yaxşılaşdırır və iştahanı artırır. Dəfnə yarpağının zəif ətri, acımtıl tamı vardır. Ədviyyat kimi yarpaqlarından ət, balıq və s. xörəklərin hazırlanmasında istifadə edilir. Dəfnə yarpağı duza qoyulmuş bütün şorbalara xoş tamlı ətir vermək üçün qatqı kimi əlavə edilir. Qiymətli, həmişəyaşıl bəzək bitkisidir.
1.1.15. Darcın
Bu bitkiyə ancaq mədəni halda rast gəlinir. Ən geniş yayılan növü Çin və Seylon darçınlarıdır. Darçın ağacının ancaq qabığından istifadə edilir.
Məhz qabığı çox xoşagələn ətirli iyə malikdir, dadı şirin təhər yandırıcı olur. İstifadə olunan darçın qabığında 1-2% efir yağı olur ki, bunun 90%-ini darçın aldehidi və evgenol maddəsi təşkil edir. Təbabətdə «darçın suyu» və digər preparatlar şəklində həzm prosesini yaxşılaşdıran darçın çayı hazırlanır. Darçın tozu mədə xəstəliyi zamanı iltihabı götürür, köpmənin qarşısını alır. Bundan əlavə darçından bir sıra dərmanların dadını və iyini yaxşılaşdıncı kimi də istifadə edilir.
Darçın bir çox xörəklərdə, xüsusən konserv və şirniyyat məhsulların hazırlanmasında geniş istifadə olunur. Bundun əlavə darçın qabıqlarından ən çox ədviyyat kimi yeməklərə, qənnadı məmulatlarına tam və ətir vermək məqsədilə işlədilir.
1.1.16. Mixək ağacı
Bu 10-12 metr hündürlüyündə olan həmişəyaşıl ağacdır. Mixək ədviyyə və dərman kimi hələ çox qədim zamanlardan istifadə edilir. Hazırda mixəyin qönçələrindən ədviyyə kimi isifadə edilir. Onun gönçələri açmamış halda toplanır. Mixəyin kəskin iyi, xoş ətri vardır. Dadı büzüşdürücü və ədviyyəlidir.
Mixəyin tərkibində 17-20% efır yağı, 20%-ə qədər aşı maddəsi və s. vardır. Efır yağının tərkibində 70-85% evgenol, 3% asetil-evgenol və kariofilsin maddələri tapılmışdır. Mixəyin çiçəyi də keyfıyyətli ədviyyə hesab olunur ki, bundan da təbabətdə həzmi yaxşılaşdırıcı
vasitə kimi istifadə olunur. Mixək orqanizmə istilik verir, quruducu xüsusiyyətə malikdir. Xörəkdə və çayda mixək ürəyi, mədəni, daxili üzvləri qüvvətləndirir, həzmi gücləndirir.