Butto çəki - malın qablaşdırılmış halda tara (qab) ilə birlikdə çəkisidir.
Netto çəki - malın xalis çəkisidir.
Bazar dedikdə mövcud olan və ola biləcək əmtəə məhsul alıcılarının cəmi başa düşülür. Əmtəə məhsul insanların təlabatını ödəyən, şəxsi istifadə üçün deyil, şatış üçün istehsal olunan məhsul başa düşülür. Əvvəlki bölmədə qeyd etdiyimiz kimi tərəvəzin əsas əmtəə göstəricilərinə onların xarici görünüşü (forması, rəngi, təzəliyi, yetişməsi, səthinin vəziyyəti), iriliyi (ölçüsü və ya kütləsi), yol verilən qüsurları (zədələnmənin növü və dərəcəsi) və xəstəlikləri (bakterial, göbələk, fizioloji), həmçinin emalın xarakteri aid edilir.
Hər bir fermer məşğul olduğu istehsal sahəsindən asılı olaraq, öz məhsulunu realizə etmək üçün potensial bazarları və alıcıları müəyyənləşdirməlidir. Hər bir iş adamı müəyyən etməlidir ki, o öz məhsulunu hansı bazara satacaq? Onun alıcıları kimlər olacaq? Onun istehsal etdiyi məhsulları alıcılar necə (tez-tezmi, gec-gecmi) alırlar? Alıcıların gəliri və ehtiyacları nədən ibarətdir?
Beləliklə, hər bir fermer daimi müştəriləri barədə ətraflı məlumat toplamaqla bazarın həcmini müəyyən edir və gələcəkdə məhsul istehsalını ona uyğunlaşdırır. Həmçinin satış kanallarını, yəni məhsulunun hansı ticarət şəbəkəsi (yəni, bazar, mağaza və ya super-market) vasitəsilə, kim tərəfindən (özün, agent və ya iş adamı) harada satılacağı barədə qərar qəbul edilməlidir.
Məhsul satışını iki üsulla fərqləndirmək lazımdır. Bu üsullar sifariş üsulu və azad bazar üsuludur.
Sifariş üsulunda əvvəlcədən bağlanmış sazişlər əsasında məhsul istehsal olunur.
Azad bazar üsulunda təsərrüfat əvvəlcədən məlum olmayan “azad bazar” üçün məhsul buraxır.