-
Toxum nümunəsinin götürülməsi
|
-
Səpiləcək toxum kisəsinin müəyyən
hissələrindən müxtəlif növlərin toxumundan
standartda göstərilən miqdar orta nümunə
götürün.
-
Götürdüyünüz toxum nümunəsindən
laboratoriya analizləri üçün standartda
göstərilən miqdar orta nümunə götürərək, seçici
lövhə üzərində bərabər surətdə yayın.
-
Sonra nümunəni lövhənin diaqonalları boyu 4
bərabər üçbucağa bölüb 2 qarşı-qarşıya duran
hissələri götürün.
|
-
Toxumun təmizlik dərəcəsinin
təyini
|
-
Toxumun təmizlik faizini təyin etmək üçün qarşıqarşıya
duran üçbucaqlardan kiçik nümunə
götürərək tərəzidə çəkin və seçici lövhə üzərində
canlı və cansız zibilləri ayırın. Zibil qarışığını
texniki tərəzidə (elektron və ya analitik) çəkin;
- Ayrılmış hissələri təklikdə çəkin və həmin
nümunənin ümumi çəkisinə görə faizlə ifadə
edilin.
- Ümumi toxum nümunəsindən həmin zibil
qarışığının miqdarını çıxın və alınan rəqəm təmiz
toxumun miqdarını ifadə edir;
- Sonra təmiz toxumun ümumi toxum nümunəsinə
görə faizlə miqdarını tapın və bu toxumun
təmizlik dərəcəsini göstərir.
|
-
Toxumun cücərmə faizinin təyini
|
-
Cücərtmək üçün təmizliyi təyin edilmiş
toxumdan iri toxumlu bitkilər üçün 50 ədəd,
xırda toxumlu bitkilər üçün isə 100 ədəd dörd
təkrarda uyğun olaraq cəmi 200 və ya 400 ədəd
götürün.
-
Toxumları cücərdilməyə qoyun. Cücərtmək
üçün müxtəlif materiallardan istifadə edə
bilərsiniz.
|