ÖYRƏNMƏ ELEMENTİ 2
Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Çoxalma qabiliyyəti bütün canlı orqanizmlərin mühüm xassəsidir. Hər bir bitki öz həyatının müəyyən dövründə çoxalır. İnsanlar çoxalmanın müxtəlif üsullarından istifadə edərək, bitkiləri, xüsusilə də ədviyyat bitkilərini öz təlabatlarına uyğun şəkildə çoxaldırlar. Ümumiyyətlə, ədviyyat bitkilərinin çoxaldılmasında generativ və vegetativ artırma üsulları arasında aqrotexniki, iqtisadi və bioloji cəhətcə bir çox fərq vardır. Məhz bu səbəbdən də çoxalma üsullarını qiymətləndirdikdə onların üstün və nöqsanlı cəhətlərini ayırd etməyin ədviyyat, bitki çayları və dərman bitkilərinin çoxaldılmasında əsas şərt olduğunu bilməyiniz lazımdır. Belə ki, bir sıra bitkilər vegetativ çoxalmaya o qədər uyğunlaşmışdır ki, heç toxum əmələ gətirmir, bir çox növlərin isə toxumu çox xırda olduğundan ondan əmələ gələn bitkilər yüksək məhsul vermir. Həmin bitkilər vegetativ orqanlarla artırıldıqda çox tez və iri gövdəli bitki əmələ gətirir, sürətlə yetişir, yüksək və keyfiyyətli məhsul verir. Toxumla çoxalamada isə toxmacar mərhələ etibarilə cavan olduğundan şaxtaya, quraqlığa, xəstəlik və zərərvericilərə nisbətən davamlı olur.
Əziz şagirdlər! Qeyd edilənləri nəzərə alaraq Siz bu bölmədə ədviyyat, bitki çayları və dərman bitkilərinin çoxaldılması üsulları haqqında nəzəri və praktiki vərdişlərə yiyələnəcəksiniz.
Tədris nəticəsinin təsviri
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
- | ədviyyat, bitki çayları və dərman bitkilərinin generativ orqanları haqqında, xüsusilə meyvə və toxumun quruluşu, toxumun istifadə müddəti və saxlanma qabiliyyəti barədə məlumat əldə edəcəksiniz; |
- | əkin materialı kimi toxumların təmizlik faizi, cücərmə qabiliyyəti, cücərmə enerjisi, təsərrüfat yararlılığı və səpin normasını təyin etməyi və dəqiqləşdirməyi öyrənəcəksiniz; |
- | Ədviyyat, bitki çayları və dərman bitkilərin cücərtilərinə və ilk həqiqi yarpağına görə tanıyacaqsınız; |
- | Şitillərin yetişdirilməsində geniş yayılmış xəstəlik və zərərvericiləri təyin edə biləcək və onlara qarşı mübarizə tədbirlərini tətbiq etməyi bacaracaqsınız. |
MƏQSƏD