2.2. | Ədviyyat, bitki çayları və dərman bitkilərində toxumun istifadə müddəti və saxlanma qabiliyyəti |
Toxumların cücərmə qabiliyyətini saxlaya bilməsi xüsusiyyəti, onların saxlanması məsələsini meydana çıxarmışdır.
Toxumların uzun müddət saxanması üçün imkan daxilində hər bir bitki növünün toxumunun tələbatına uyğun olan şərait yaradılmasıdır. Bu tələblər toxumların biokimyəvi xüsusiyyətlərindən, ən başlıcası isə toxum qabığının qruluşu və kimyəvi tərkibindən asılıdır.
Toxumun saxlanması zamanı 3 amil daim nəzarətdə saxlanmalıdır.
Tam yetişməyən toxumlar suyu asan udduqlarından yüksək nəmlik və tənəffüs üçün şərait yaradırlar. Zəif inkişaf etmiş toxumlar dolu toxumlara nisbətən intensiv (güclü) tənəffüs edir. Bu da toxumların saxlanmasında böyük rol oynayır.
Toxumların saxlanması zamanı cücərmə qabiliyyətinin itirilməsində göstərilən amillərlə yanaşı, əsas rol saxlanma nəmliyi və temperaturudur. Saxlanma zamanı temperaturu termometr, nəmliyi isə psixometr vasitəsilə ölçürlər (Şəkil 2.7.).
Saxlanma temperaturu aşağı olduqca, saxlanan toxumların nəmliyi bir o qədər yüksək ola bilər. Müxtəlif nəmik və temperatur şəraitində saxladıqdan sonra toxumların cücərmə qabiliyyətini temperaturun hər 10°C aşağı salınması 2.5-3 dəfə artırır.
Toxumların səpin dəyərinin aşağı düşməsinin əsas səbəblərindən birini saxlamaya qəbul edilən toxumun artıq nəmliyidir. Toxum fonduna daxil olan toxumun satışda olan standart nəmliyi ilə saxlanma üçün lazım olan nəmliyi arasında kəskin fərq qoyulmalıdır.
Toxumlar saxlanarkən rütubət 62%-dən artıq olmamalıdır, uzun müddət saxlamada (1 ildən artıq) aşağı rütubət maddələr mübadiləsinin məhdudlaşmasına səbəb olur.
Əksər ədviyyat, bitki çayları və dərman bitkiləri üçün ətraf mühitin rütubətinin həddi müəyyən edilmişdir ki, bu da bütün toxumlara müsbət təsir göstərir. Toxumların saxlanması zamanı ətraf mühitin rütubəti mövsüm ərzində əksər növlər üçün 65%, həssas növlər üçün isə bir az aşağı - 40-50% olmalıdır.
Yüksək hiqroskopikliyə (nəm çəkən) malik olan toxumların saxlanma zamanı dəyişən rütubət və temperatur şəraitində kütləsinin dəyişilməsi qaçılmazdır. Saxlama zamanı toxumun nəmlik səviyyəsi həmişə dəyişilərək ətraf mühitin rütubəti ilə tarazlıqda olur. Bu səbəbdən də toxumların artıq nəmliyi saxlanma zamanı kütləsinin artmasına səbəb olur. Nəmliyi 13.4% olan toxumlar birinci ilin yay ayları ərzində ilkin kütləsinin 8.9%-ni itirdiyi halda, nəmliyi 6.4% olan toxumlarda isə həm birinci, həm də ikinci il ərzində 0.9% kütlə azalması müşahidə edilmişdir.