- | Xırda və relyefi düz olmayan sahələrdə maşın işləyə bilmədiyindən əllə səpin daha səmərəli başa gəlir. |
- | Əllə səpində toxuma qənaət olunur və toxumları istənilən dərinliyə salmaq mümkün olur. |
Maşınla səpinin üstünlüyü əmək məhsuldarlığının yüksək olmasıdır. Məsələn, SKON-4,2 toxum səpən maşını ilə 1 saatda 1,75 ha sahəyə soğan toxumu səpilə bilər. 7 saatlıq bir iş günündə maşınla 8 hektardan artıq sahədə səpin aparmaq mümkündür və bir hektara 1,14 adam-saat işçi qüvvəsi sərf edilir. Maşınla səpin əllə səpindən sonra yaranmışdır. Belə ki, zaman keçdikcə tədricən toxum səpən maşınlar ixtira edilmişdir.
Hal-hazırda bütün tərəvəz bitkilərinin toxumunu həm açıq sahələrdə, həm də parnik və istixanalarda səpmək üçün maşınlar vardır.
Maşınla səpində hər hektara verilən normanın düzgün səpilməsi üçün maşının nizamlanması tələb olunur.
Tərəvəzçilikdə səpin-əkin suyunu iki vaxtda vermək qəbul olunmuşdur:
• ⟵ Səpin və əkindən əvvəl suvarıb sonra səpmək (əkmək). Buna arata səpin (əkin) deyirlər. Ağır torpaqlar çox vaxt sərt kəltənli olur və torpaq yaxşı xırdalana bilmir. Belə yerdə toxum səpmək və şitil əkmək çətinlik törədir. Ona görə belə torpaqları səpin və yaxud əkindən 3-5 gün əvvəl suvarmalı, arat çıxdıqda toxumu və şitili əllə səpməli və ya əkməli. Şitili yaş torpağa paya ilə deşik açmaqla əkirlər. Əkindən sonra bir neçə gün suvarmaya ehtiyac olmur.
• Səp-suvar etmək- yəni toxumu əllə, yaxud maşınla səpdikdən sonra az norma su ilə hopdurmaqla suvarırlar.
•
2. 7. Səpin norması və onun dəqiqləşdirilməsi
Səpin normaları. Bir hektara səpilən toxumun miqdarına səpin norması deyilir.
Toxumun səpin norması səpinin vaxtından, məqsədindən, təsərrüfat yararlılığından, vahid kütlədə olan toxumun miqdarından və s. asılı olaraq dəyişilir (Cədvəl 2.4.).
Belə ki, səpin payızda aparıldıqda norma çox, yazda aparıldıqda az, yaşıl kütlə götürmək üçün çox, toxum götürmək üçün az, vahid kütlədə toxumun miqdarı az olduqda çox, çox olduqda isə az götürülür və s.
Toxumun təsərrüfat yararlığını bildikdən sonra səpin norması hesablana bilər.
Toxumun səpin normasını təyin etmək üçün əvvəlcə 3 şərtdən istifadə edilir: