- Gübrə normasını müəyyənləşdirin və işçi məhlul hazırlayın.
|
-
Cədvəl 2.5-ə əsasən 1 m2 şitilliyi yarpaqdan gübrələmək üçün 10 litr su, 5 qram amonium şorası, 30 qram sadə superfosfat və 10 qram kalium xlorid gübrələri tələb olunur
- Həmin normaya uyğun aşağıdakı qayda ilə işçi məhlul hazırlayın.
- 1 m2 şitilliyi yarpaqdan gübrələmək üçün 10 litr su sərf olunur. Bunun üçün 8,5-9 litr su götürün, qalan 1-1,5 litr suyu kiçik həcmli ayrı-ayrı qablara tökün.
- Sonra cədvəldə göstərilmiş normaya uyğun 1-ci qabdakı suya 5 qram amonium şorası, 2-ci qabda olan suya 30 qram sadə superfosfat və 3-cü qabdakı suya 10 qram kalium xlorid gübrəsi tökün və gübrələri qarışdıraraq həll edin. Gübrələri ayrılıqda həll etmədən birlikdə töküb suda qarışdırmaq olmaz. Belə olan halda onlar bir-birinin həll olmasına maneə yaradır.
- Hazırlanmış hər bir gübrə məhlulunu növbə ilə böyük qaba (içərisində 8,5-9 litr təmiz su olan) boşaldın və işçi məhlulun səviyyəsini 10 litrə qədər doldurularaq qarışdırın.
- Hazır məhlulu 12-24 saat otaq temperaturunda saxlayın, bu müddət ərzində 1-2 dəfə yenidən qarışdırın
- Hazır işçi məhlulu çiləyicilər vasitəsilə şitillərin üzərinə çiləyin
|