ilə əkin) | ||||||
Sxem 3 | ||||||
Qırmızı turp və ya digər səbzə tərəvəzlər (kahı, şüyüd və s.) |
1-5/II | 15-25/III | 5-10/III | 3-5 | ||
Pomidor və ya xiyar (şitil ilə əkin) |
20-30/III | 10-15/VII | 25/IV-10/V | 4-6 | ||
Sxem 4 | ||||||
Xiyar (toxum ilə əkin) |
15-20/III | 10-15/VII | 20-25/V | 4-5 |
Cədvəl 3.1. İstixanada bitki dövriyyələri, əkin və yığım müddətləri, məhsuldarlıq
3.2. İstixanada meyvəli tərəvəz bitkilərinin əkini üçün əsas hazırlıq işləri
İstixanada əkin üçün əsas hazırlıq işləri aşağıdakılardan ibarətdir:
3.3. İstixana şəraitində meyvəli tərəvəz bitkilərinin əkini üçün torpağın və ya substratın hazırlanması
İstixanada ötən mövsümün məhsulu yığılıb qurtaran kimi bitki qalıqları təmizlənərək yandırılmalıdır. Çox illik təcrübələr göstərir ki, istixana şəraitində becərilən pomidor, xiyar, badımcan və bibər bitkilərinin əkini üçün şumdan qabaq hər hektar sahəyə 80-100 ton peyin çürüntüsü və 200 kq superfosfat gübrəsinin verilməsi daha səmərəlidir. Şum altına gübrələrin verilmə norması torpaq şəraitindən, tərəvəz bitkisinin növündən və planlaşdırılan məhsuldan asılı olaraq dəyişir.