4.1.2. Meyvəli tərəvəz bitkilərinin suya olan təlabatı, suvarma rejimi və suyun keyfiyyəti
Damcıvari üsulda meyvəli tərəvəz bitkilərinin suvarma suyunun miqdarının hesablanması üçün lent və ya cərgələr üzrə su sərfini, torpağın nəmlik ehtiyatını, bitkilərin suya təlabatını və suvarma vaxtını nəzərə almaq lazımdır.
Damcıvari suvarmada bir lent üzrə suyun sərfini müəyyən etmək üçün aşağıdakı formuladan istifadə olunur:
𝑾 = 𝟏𝟎 ∗ 𝐪
𝐋 ∗ 𝐱 (4.20)
Burada
10 rəqəmi çevirmə əmsalıdır,
W-su sərfi, m3/saat;
q-bir damcıladıcının sərf etdiyi su, litr/saat;
L-cərgəarası və ya lentlərarası məsafə, m;
x-lentdə olan damcıladıcılar arası məsafə, m.
Misal: Fərz edək ki, bir damcıladıcının sərf etdiyi su (q) 1,5 l/saat, cərgəarası və ya lentlərarası məsafə (L) 80 sm və lentdə olan damcıladıcılar arası məsafə (x) isə 40 sm-dir. Onda bir lent üzrə saatda sərf olunan suyun miqdarı aşağıdakı kimi olar:
𝑾 = 𝟏𝟎 ∗ 𝟏.𝟓
𝟎.𝟖 ∗ 𝟎.𝟒 = 𝟒𝟔.𝟗 𝒍𝒊𝒕𝒓/𝒔𝒂𝒂𝒕
Suvarma suyunun daha dəqiq norması və suvarma vaxtı əsasən torpağın nəmlik ehtiyatına, onun həcm kütləsinə (sıxlığına) və nəmləndiriləcək torpaq qatının hündürlüyünə əsasən təyin olunur. Belə olan halda bitkiyə çatışmayan faktiki suyun miqdarını müəyyən etmək mümkün olur. Suvarma vaxtı isə torpağın tarla rütubət tutumuna əsasən təyin edilir. Əksər bitkilər üçün suvarma qabağı nəmlik (%) torpağın tarla rütubət tutumunun 70%-nə bərabər və ya ondan aşağıdırsa, onda bu suvarmanın vaxtının yetişdiyini göstərir.Torpağın tarla rütubət tutumu onun özündə ən çox saxlaya biləcəyi suyun miqdarına deyilir və %-lə ölçülür. Laboratoriya şəraitində xüsusi gilizlər vasitəsi ilə torpaq isladılır və mütəmadi olaraq çəkilir. Alınan sabit rəqəm torpağın quru çəkisinə görə onun nəmliyini göstərir və bu göstərici torpağın tarla rütubət tutumu hesab olunur.
Torpağın nəmlik ehtiyatına əsasən (suvarma qabağı nəmlik tarla rütubət tutumunun 70% həddində) bir lent üzrə tələb olunan suyun miqdarı aşağıdakı kimi tapılır:
𝐕 = 𝐚 ∗ 𝐛 ∗ 𝐡 ∗ 𝐝 ∗ (𝐖𝐭 − 𝐖𝐬) (4.21)
Burada:
V-bir bitkinin qida sahəsi üzrə tələb olunan suyun miqdarı, litr,
a-lentdə olan damcıladıcılar arası məsafə, m;
b-cərgə (lent) boyunca nəmləndirilən sahənin eni (məsələn: şəkil 5-də olan hissə), m;
h-nəmləndiriləcək kök yayılan aktiv qatın hündürlüyü, m;
d-torpağın həcm kütləsi (sıxlığı), qr/sm3 və ya t/sm3;